Accessibility links

Britaniya şahzadəsi Çarlz karantindən çıxıb


Şahzadə Çarlz

Britaniya vəliəhdi şahzadə Çarlz koronavirus testi müsbət nəticə verdikdən sonra 7 günlük karantindən çıxıb və hazırda özünü yaxşı hiss edir. Bu haqda onun nümayəndəsi bazar ertəsi günü məlumat verib.

Ötən həftə Klarens Evi 71 yaşlı Çarlzın virusun yüngül simptomlarını göstərdikdən sonra test edildiyini bildirmişdi. O, Şotlandiyadakı Birkhol evində sosial təcriddə qalarkən evdən işləməyə davam edib.

Klarens Evinin son məlumatına görə, şəhzadə Çarlz həkimin məsləhəti ilə karantindən çıxıb. O, görüşlərini davam etdirəcək və hökumət tərəfindən və tibbi qaydalara uyğun olaraq göstərişlərə əməl edəcək.

Onun həyat yoldaşı Kamilla koronavirus testi mənfi nəticə versə də, simptomlar göstərəcəyi halda həftənin sonuna qədər təcriddə qalmalıdır.

Bukinqem Sarayı bildirib ki, Kraliça Elizabet martın 19-da 98 yaşlı həyat yoldaşı Filip ilə birlikdə Londondan Vindzor sarayına gedib. Onların səhhətində heç bir problem yoxdur.

XS
SM
MD
LG