Accessibility links

Britaniya Şimali Koreyadakı səfirliyini bağladı


Britaniya Şimali Koreyadakı səfirliyini bağlayıb və bütün diplomatları ölkəni tərk edib. Bu barədə cümə axşamı səfir xəbər verib. Pxenyan koronavirus pandemiyasının qarşısını almaq üçün ölkəyə giriş-çıxışa sərt nəzarət tətbiq edir.

Şimali Koreya sərhədlərini bağlayıb və qonşu Çində ötən il ortaya çıxan virusun Şimali Koreyada tək bir yoluxma halının qeydə alınmadığını bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, səfirliyin bağlanması görülən müvəqqəti bir tədbirdir bə Pxenyanın “ölkəyə girişə tətbiq etdiyi qadağa səfirlik işçilərini dəyişmək və səfirliyin əməliyyatlarını davam etdirməyi qeyri-mümkün edib.”

Səfir Kolin Kruks tvit ataraq “Britaniyanın Pxenyandakı səfirliyi 27 may 2020 tarixində müvəqqəti bağlanıb və bütün diplomatik heyət Koreya Demokratik Xalq Respublikasını hələlik tərk edib” - deyə, yazıb.

Hələ də fəaliyyətini davam etdirən İsveç səfirliyi onun və komandasının yoxluğunu hiss edəcəklərini və “yaxında geri dönəcəklərinə ümid etdiklərini deyib.”

NK News xəbər saytı bildirib ki, Britaniya diplomatları çərşənbə günü sərhədi keçərək Çin ərazisinə daxil olub.

Nazirlik bildirib ki, Britaniya Şimali Koreya ilə diplomatik əlaqələri davam etdirməyə ümid edir və “mümkün olduğu zaman Pxenyanda mövcudluğunu bərpa etmək istəyir.”

Pxenyan koronavirus pandemiyasının əvvəllərində ölkə sakini olan xaricilərə sərt karantin tədbirləri tətbiq etdi ki, buna onların öz ərazilərindən eşiyə çıxmalarına qadağa da daxildir. Rusiya səfiri Aleksandr Matseqora isə bunu “mənəvi baxımdan sarsıdıcı” bir addım olaraq dəyərləndirib.

Daha sonra bu tədbirlər yumşadıldı və onlarla diplomat və başqa xaricilərin mart ayında ölkəni tərk etmələrinə icazə verildi. Həmin zaman Pxenyanda Almaniya səfirliyi ilə Fransanın nümayəndəliyi daxil olmaqla, bir çox səfirliklər bağlandı.

Yüzlərlə xarici vətəndaş hələ də ölkədə ilişib qalıb.

Təhlilçilər deyir ki, virusun Şimal Koreyada yayılmama ehtimalı çox azdır və ölkənin pis vəziyyətdə olan səhiyyə sistemi böyük epidemiya ilə mübarizə aparmaqda çətinlik çəkə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG