Accessibility links

Britaniyanın müdafiə naziri: "Əl-Qaidə Əfqanıstana qayıdır"


Britaniyanın müdafiə naziri Ben Uelles Əfqanıstanın uğursuz bir dövlətə çevrilmək riski ilə əlaqədar xəbərdarlıq edib və "Əl-Qaidə"nin bu ölkədə yenidən çiçəklənəcəyini proqnozlaşdırıb.

"Uğursuz dövlətlərin bu cür insanlar üçün zəmin yaratmasından çox narahatam" - deyə, Uelles Britaniyanın Sky News telekanalına verdiyi açıqlamasında bildirib.

Bu şərhindən bir neçə saat əvvəl Uelles 4000-dən çox Britaniya əsgərinin və Taliban tərəfindən öldürülmə ehtimalı olan 2000-ə yaxın Britaniya ilə işləyən əfqanın çıxarılmasına yardım üçün Kabilə yüzlərlə desantçı göndərəcəyini bildirib.

Britaniyanın bu addımı ölkədə olan 750 nəfərlik qüvvəsinin Əfqanıstanda qalması deməkdir.

Rəsmilər cümə axşamı Britaniyanın Əfqanıstanın paytaxtındakı Yaşıl Zona adlanan bölgəsində yerləşən səfirliyinin daha təhlükəsizlik bir yerə köçürəcəyini açıqlayıb. Səfirlik işçilərinin sayı minimuma endiriləcək və səfirlikdə qalan heyət əsasən evakuasiya ediləcək əfqanlar üçün Britaniya vizalarının işlənməsinə diqqət yetirəcək.

Uelles "Britaniya vətəndaşlarının, Britaniya hərbçilərinin və keçmiş Əfqanıstan işçilərinin təhlükəsizliyi bizim birinci prioritetimizdir. Təhlükəsizliklərini təmin etmək üçün əlimizdən gələni etməliyik" deyib.

Ben Uelles evakuasiyanın əsasən Britaniya ordusunun çevik-reaksiya desantlarının 16-cı Hava Briqadası tərəfindən həyata keçiriləcəyini bildirib.

Britaniyanın Müdafiə Nazirliyi əməliyyatın qarşıdakı 48 saat ərzində, "ölkədə zorakılığın və təhlükəsizliyin sürətlə artması fonunda" həyata keçirildiyini bildirib.

XS
SM
MD
LG