Sağlamlıq mərkəzlərindəki ölüm hallarına görə tibb işçilərinin günahlandırılmasından iki gün sonra Britaniyanın baş naziri Boris Conson ölkə boyu COVID-19 pandemiyasına görə bütün məsuliyyəti öz üzərinə götürüb.
Conson müxalif Leyboristlər Partiyasının lideri Keyir Starmerin parlamentdə baş nazirin Britaniyadakı qocalar evlərində baş verən ölümlər haqda dediklərindən sitat gətirməsinə cavab olaraq açıqlama verib. Conson deyib ki, "çox sayda tibb işçisi prosedurlara uyğun hərəkət etməyib". Starmer Consonun bu ifadəsinin ön cəbhədə çalışan tibb işçilərini hiddətləndirdiyini və onların baş nazirin üzr istəməsini istədiklərini deyib.
Baş nazir tibb işçilərini və ya kimisə günahlandırmaq fikrində olmadığını və onların "işlərini əla gördüklərini" deyib. Conson "işə görə günahlandırmağa gələrsə, baş verənlərə görə tam məsuliyyəti mən daşıyıram" deyib.
Conson onu da əlavə edib ki, pandemiya başlandığı zaman COVID-19-UN asimptomatik şəkildə yayılacağı heç kim bilmirdi və prosedurlar bundan sonra dəyişib..
Starmer isə deyib ki, Consonun şərhləri üzr istəmək deyil və bunu etməməklə o, ön cəbhədəki işçilərin "yaralarına duz töküb".
Conson buna cavab olaraq Britaniyada qocalar evlərinin də daxil olduğu tibbi xidmət sektoruna maliyyə ayrılması və islahatlar aparılması üçün birgə tədbirlərin görülməsinə çağırıb.