Accessibility links

Britaniya Baş naziri COVID məhdudiyyətlərinə son veriləcəyini açıqlayıb


Britaniyanın Baş naziri Boris Conson bu ayın sonunda koronavirus məhdudiyyətləri ləğv olunduqdan sonra əhalinin qapalı məkanlarda maska taxmasına ehtiyac olmayacağını bildirib.

Conson höküməti bazar ertəsi 19 iyul tarixində məhdudiyyətləri ləğv etməyi hədəflədiyini təsdiqləyib. Lakin bununla bağlı son qəarar gələn həftə veriləcək.

Conson sosial məsafə qaydalarının da ləğv oluncağını, lakin müəssisələrin yenə də üz maskası və sosial məsafə qaydaları tətbiq edə biləcəyini deyib.

Londonda keçirdiyi mətbuat kofransı zamanı Conson bildirib ki, tətbiq olunan qanuni məhdudiyyətləri ləğv ediləcək və insanlara virusu məlumatlı şəkildə necə idarə edəcəklərinə imkan veriləcək".

Baş nazir məhdudiyyətlər ləğv olunduqdan sonra yoluxmalar və ölüm hallarında artım olması ehtimalını da dilə gətirib.

İlk dəfə Hindistanda ortaya çıxan koronavirusun Delta verisyası Cənubi Koreya da daxil olmaqla, dünyada yoluxmaların artmasına səbəb olub.

Seuldakı səhiyyə rəsmiləri bazar ertəsi 700 dən çox yolxuma halı qeydə alındığını xəbər verib. Ardıcıl olaraq üç gündür yoluxmalar 700-dən aşağı düşmür. Yoluxmaların əksəriyyəti Seul metropolitan ərazisində qeydə alınıb.

Bu arada Washington Post-ABC News ABŞ-da birlikdə keçirdiyi sorğu zamanı COVID-19 peyvəndinin vurdurulması ilə əlaqədar Demokrat və Respublikaçılar arasında fərqi ortaya çıxarıb.

Sorğu göstərib ki, Demokratların 86 faizi COVID-19 peyvəndinin ən azı bir dozasını vurdurduğu halda, Respublikaçılar arasında bu göstərici 45 faiz təşkil edir.

Digər tərəfdən sorğuda iştirak edən Demokratların yalnız 6 faizi peyvənddən tamamilə imtina edəcəyini bildirsə də, Respublikaçıların 47 faizi peyvənd vurdurmayacağını bildirir.

Peyvənd vurdurmayan iştirakçıların 60 faizi ABŞ-ın COVID-19 Delta variantının təhlükələrini şişirildiyinə inandığı halda cəmi 18 faiz hökümətin riskləri dəqiq təsvir etdiyinə inanır.

Lakin peyvənd vurdurmuş 64 faiz amerikalı hökumətin Delta variantının təhlükələrini dəqiq təsvir etdiyinə inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG