Accessibility links

Britaniya baş naziri seçkidə əldə etdiyi qələbədən sonra nikbindir


Boris Conson
Boris Conson

Britaniya mübahisələrə, siyasətə və Brexitlə bağlı danışıqlara həmişəlik ara verməyə layiqdir. Bunu baş nazir Boris Conson cümə günü Mühafizəkarlar Partiyası Consonun “qeydi-adi” adlandırdığı seçkidə qalib gələndən sonra deyib.

“Sağalma başlasın,” o deyib.

Consonun kampaniyasını “Brexiti Həll Edin” şüarı altında aparıb. O deyib ki, mənsub olduğu Mühazifəkarlar Partiyasınının parlamentdə çoxluq əldə etməsi onun daha öncə parlamentin rədd etdiyi Avropa İttifaqı əldə etdiyi ayrılıq razılığını qəbul etdirməsinə və Brexiti 2020-ci ilin yanvarın 31-dək həyata keçirməsinə imkan yaradacaq.

Londonda Boris Consonun əleyhinə nümayiş
Londonda Boris Consonun əleyhinə nümayiş

O, ilk dəfə olaraq Mühafizəkarlar Partiyasına səs verən Leyborist partiyasının tərəfdarlarına təşəkkür edib və “Bir millətin Mühafizəkar hökümətini” quracağına söz verib.

“Mən sizin bizə və mənə göstərdiyiinz etimadınıza görə təşəkkür etmək istəyirəm və biz sizin üçün çalışan parlamentlə birlikdə sizin etimadınızı doğrultmaq və sizin prioritetlərinizi yerinə yetimrək üçün üçün gecə-gündüz çalışacağıq,” o deyib.

Cümə fünü Kraliçanın hökümət qurmaq təklifini qəbul edən Britaniya lideri “bir millətin mühafizəkarlığı” ideyasının tək bir izahının olmadığını deyib və bildirib ki, bu o deməkdir ki, Mühafizəkarlar Partiyası Böyük Krallıqdakı hər kəsə xidmət göstərək.

Bu qələbə nəticəsində Mühafizəkarlar Partiyası 1980-ci illərdən bəri parlamentdə ən böyük səs fərqi ilə çoxluq əldə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG