Accessibility links

Britaniya baş nazirinin qardaşı istefa verdi


Seçki kampaniyası zamanı Britaniya parlamentini Brexitin düşməni kimi göstərməyə çalışan baş nazir Boris Consonun kiçik qardaşının cümə axşamı milli maraqlara əsaslandığını deyərək hökumətidən getməsi gözlənilməz olub.

Birləşmiş Krallığın seçkilərə doğru irəlilədiyi bir vaxt britaniyalıların 2016-cı ildə keçirilən referendum zamanı Avropa İİttifaqını tərk etməsinə səs verdikdən 3 il keçməsindən sonra Brexit hələ də havadadır.

Son həftələrdə mən ailə loyallığı ilə milli maraq arasında dilemma ilə üzləşmişəm.


Seçimlər heç bir şərt olmadan çıxmaqdan tutmuş çıxışın tamamilə dayandırılmasına qədər fərqlənir.

Consonun İngiltərəninj şimalında qeyri-rəsmi seçki kampaniyasına başlamağa hazırlaşdığı bir vaxt onun bizneslər üzrə kiçik nazir olan qardaşı Co vəzifəsindən istefa verərək, millət vəkili olduğu “Mühafizəkar Partiyası”nı da tərk etdiyini bəyan edib.

Baş nazir Boris Conson parlamentdə sualları cavablandırır. 4 sentyabr, 2019.
Baş nazir Boris Conson parlamentdə sualları cavablandırır. 4 sentyabr, 2019.

“Son həftələrdə mən ailə loyallığı ilə milli maraq arasında dilemma ilə üzləşmişəm – bu, həllini tapmayan bir gərginlikdir və başqalarının mənim rolumu icra etməsinin vaxtı yetişib,” Co ConsonTwitter səhifəsində bildirib.

Qardaşının "parlaq, bacarıqlı bir nazir və fantastik bir millət vəkili" olduğunu deyən Boris Consonu qarşıda çətin həftə gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG