Accessibility links

Britaniyanın yenicə dünyaya gəlmiş şahzadəsinin bələyi gəlir mənbəyinə çevrilib


Böyük Britaniyanın yenicə dünyaya gəlmiş şahzadəsinin xəstəxanadan çıxarıldığı gün büküldüyü bələyi anaların böyük marağına yol açıb.

İnternet səhifələrində nümayiş etdirilən bələk “aden + anais” şirkətinin istehsalıdır. Şirkət sifarişlərin öhdəsindən gələ bilmədiyindən şikayətlənir.

9 gün ərzində 7 min sifariş şirkətin satışını 600 dəfə artırıb. Google-da iki kəlmə “kral bələyi” sözlərinin axtarışı ilə şirkətin saytına girənlərin sayı o qədər yüxarı olub ki, sayt bir neçə gün ardıcıl şəkildə işdən düşüb.

Britaniyada bir gün ərzində sayta müraciət edənlərin sayı 1960, Avstraliyada 892, Yaponiyada 791, Amerikada 458 faiz artıb. Alıcılar sifarişlərini bir qədər gözləməli olacaq. Britaniya və Amerikada bələk dəstləri artıq bitib.

Tələsənlər Avstraliya saytlarına müraciət edə bilər.

Bələk dəstinin qiyməti 68 dollardır.

Kral ailəsinin şirkətlərə xeyir verməsi yenilik deyil. Prinses Diananın paltarının yaxası və corabları şirkətləri yüksək gəlirlə təmin etmişdi. İndi isə Keytin geydiyi hər bir paltar, ayaqqabı və ya onun götürdüyü hər bir çanta pərakəndə şatış biznesinin gəlir mənbəyidir.
XS
SM
MD
LG