Accessibility links

Britaniya parlamenti Meyin Brexit razılığını yenidən rədd edib


Britaniyanın Nümayəndələr Palatası Britaniyanın Avropa Birliyindən ayrılmasına dair cümə günü razılığın bir hissəsini səsverməyə çıxarıb.

Qanunvericilər baş nazir Tereza Meyin Brexit razılığını üçüncü dəfə rədd edib. Bu qərar Britaniyanın Avropa İttifaqını nə zaman tərk edəcəyi və ya hətta tərk edib-etməyəcəyinə dair müəmma yaradıb.

Parlamentin xüsusi iclasında qanunvericilər 344-286 səs fərqi ilə Meyin ittfaqla iki il danışıqlardan sonra hazırladığı 585 səhifəlik Aİ-dan Ayrılmaq Razılığının əleyhinə səs verib.

Çərşənbə günü Parlament Britaniyanın Avropa Birliyindən ayrılmasına dair baş nazir Tereza Meyin planına alternativləri rədd etdikdən sonra Brexitin gələcəyi həmişə olduğundan daha qeyri-müəyyəndir.

Tereza Meyin təklif etdiyi razılıq iki dəfə qəbul edilmədikdən sonra Nümayəndələr Palatası Brexitin həll edilməsi məsələsini baş nazirdən geri götürüb.

XS
SM
MD
LG