Accessibility links

Böyük Britaniya 20 ildən sonra elektomobilə keçəcək


Böyük Britaniya 20 ildən sonra elektomobilə keçəcək. 2040-cı ildə ölkədə benzin, dizel və ya hibridlə çalışan yeni maşınların satışı qadağan ediləcək. Bu barədə ətraf mühit naziri Maykl Qov açıqlama verib.

BBC telekanalının məlumatına görə, bu, Britaniya hökumətinin təmiz hava uğrunda mübarizə proqramının bir hissəsidir. Proqramın büdcəsi 3 milyard funtdan çoxdur.

Havası daha çox çirklənmiş rayonlarda qadağa daha əvvəldən tətbiq olunacaq. Hökumət həm də ictimai nəqliyyatı dəyişməyi, işıqforları yenidən proqramlaşdırmağı və yol sxemində dəyişlik etməyi düşünür.

Hələ ki, Böyük Britaniyada satılan yeni avtomobillərin 1%-dən də az hissəsi yalnız elektrik enerjisi ilə işləyir.

İyulun əvvəlində Fransa hökuməti də oxşar qərarını elan etmişdi. Parisdə benzin və dizel yanacağından imtinanı «inqilabi addım» adlandırıblar. Havanın çirklənməsi ilə mübarizə tədbirləri çərçivəsində fransız hökuməti buraxılış ili 20 ildən artıq olan avtomobillərin də paytaxta girişini məhdudlaşdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG