Accessibility links

Çin prezidenti Britaniyaya səfər edib


Çin prezidenti Si Tzinpin Britaniyaya dörd günlük səfər edir. Səfər zamanı iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələsi müzakirə ediləcək. İnsan haqları qrupları isə Çində insan hüquqları sahəsində vəziyyətlə əlaqədar suallar qaldırılmasına .

Çin prezidenti Kraliçə Yelizaveta və baş nazir Deyvid Kameron tərəfindən qarşılanıb.

Si Tzinpin Britaniya parlamentində çıxış etdikdən sonra Bukinqem sarayında ziyafətə qatılacaq.

Baş nazirliyin ofisindən verilən məlumata əsasən, iki ölkə arasında 46 miliyard dollar dəyərində ticarət razılaşmasının imzalanması gözlənilir.

İnsan haqları fəalları isə Çin prezidentinin səfəri zamanı etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Onlar Baş nazir Kameronu Çində insan haqlarının durumunu Si Tzinpinlə müzakirə etməyə cağırıblar.

Həbsdə olan Nobel mükafatı laureatı çinli Li Xiaobo və onun xanımı Li Xianı təmsil edən Freedom Now qrupu 12 Nobel mükafatı laureatı tərəfindən yazılmış məktubu bu gün yayımlayıb. Məktubda cənab Kamerundan Çini cütlüyün azad edilməsini tələb etməsi istənilib.

Kameronun sözçüsü "bütün məsələlərin masa üzərində olduğunu" bildirib.​

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG