Accessibility links

Britaniya COVID-19 peyvəndlərinin ilkin mərhələsi üçün son hazırlıqları görür


Britaniya COVID-19 peyvənd kampaniyasına başlamaq ərəfəsindədir.

Ölkənin Milli Səhiyyə Xidmətinin işçilərinə, qocalar evindəkilərə və onların baxıcılarına çərşənbə axşamından etibarən ABŞ-da qərargahlanan əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən birgə hazırlanan iki dozallı peyvəndin birinci dozası vurulacaq.

Bu təşəbbüs hökumətin tibbi tənzimləmə agentliyinin peyvəndi təcili olaraq təsdiqləməsindən təxminən bir həftə sonra başlayacaq və bununla da Britaniya kütləvi peyvəndə başlamağa hazır olan ilk qərb dövləti halına gəlib. “Pfizer” vaksini peyvəndin son, geniş yayılmış kliniki sınağından sonra 90%-dən çox təsirli olduğunu göstərdiyini sübut olunandan sonra təsdiqlənib.

Britaniya bazar günü “Pfizer / BioNTec” peyvəndinin 40 milyondan 800 min dozasını alıb. Peyvəndin çatdırılması onun 70 dərəcə Selsidən aşağı temperaturda super soyuq soyuducularda saxlanılması səbəbilə çətinləşir.

Britaniya xəbər agentlikləri bazar günü 94 yaşlı Kraliça II Yelizaveta və 99 yaşlı əri Şahzadə Filip Britaniya ictimaiyyətini təhlükəsizliyə əmin etmək ümidi ilə peyvəndi nə vaxt edəcəklərini açıqladığını bildirib.

Hindistanın Serum İnstitutu, Britaniya əczaçılıq nəhəngi "AstraZeneca" tərəfindən Oksford Universiteti ilə birlikdə hazırlanan COVID-19 peyvəndinin təcili istifadəsi üçün müraciət edib. Dünyanın ən böyük peyvənd istehsalçısı olan “Serum”, “Pfizer / BioNTech” peyvəndinin super-soyuq tələblərindən fərqli olaraq 2 ilə 8 dərəcə Selsi arasında saxlanıla biləcəyi üçün "AstraZeneca / Oksford" peyvəndinə daha çox meyl göstərir.

İndoneziya Prezidenti Coko Vidodo bazar günü ölkəyə Çinin "Sinovac" biotexnologiya şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin çatdırıldığını açıqlayıb. Peyvənd hələ hökumətin 270 milyon insanı peyvənd etmək təşəbbüsü üçün son hazırlıqlarını gördüyü İndoneziyada sınaqdan keçir.

XS
SM
MD
LG