Accessibility links

Britaniya COVID-19 riskinin yüksək olduğu 33 ölkəni “Qırmızı siyahı”ya salıb


Britaniya ölkədən kənarda koronavirusun müxtəlif variantlarının ölkəyə gətirilməməsi səyləri çərçivəsində COVID-19 riskinin yüksək olduğu ölkələrdən 33-nü “Qırmızı siyahı”ya salıb və həmin ölkələrdən gələn səyahətçilər üçün karantin proqramına başlayıb.

Proqrama əsasən Britaniyaya qanuni yolla daxil olan hər kəsdən 10 gün bir otel otağında karantində qalması tələb olunur. “Qırmızı siyahı“da olmayan ölkələrdən gələnlərdən isə 10 gün evdə karantində qalmaları və iki COVID-19 testi vermələri tələb olunur.

Bazar ertəsi Britaniyanın baş naziri Boris Conson ölkədəki məktəblərin martın 8-də yenidən açılması üçün hazırkı plana sadiq qalınmasını istədiyini, lakin bunun “son məlumatlardan” asılı olacağını deyib. O, Britaniyada ölüm halları kimi yoluxma hallarının hələ də çox olduğunu qeyd edib.

Boris Conson COVID-19 məhdudiyyətlərinin yumşaltmasının ehtiyatla davam etdirmək istədiyini deyib. O bildirib ki, əks təqdirdə bunun geri çevrilməsi mümkün olmayacaq.

Alimlər ABŞ-da koronavirusun azı yeddi yeni variantını aşkar edib. Lakin ABŞ variantlarının Britaniya və Cənubi Afrika variantları qədər yüksək dərəcədə yoluxucu olub-olmadığı aydın deyil.

ABŞ-da gündəlik təsdiqlənmiş koronavirus xəstələrinin sayı son aylarda ilk dəfə 100 mindən aşağı olub. Buna baxmayaraq, ABŞ yoluxma və ölüm halları ən çox olan ölkə olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG