Accessibility links

Britaniya COVID-19-un gücləndirici dozalarının tətbiqini genişləndirir


Britaniyanın Baş naziri Boris Conson peyvəndin gücləndirici dozasının vurulduğu mərkəzdə olub
Britaniyanın Baş naziri Boris Conson peyvəndin gücləndirici dozasının vurulduğu mərkəzdə olub

Britaniya hökuməti bazar ertəsi qış fəslində ölümcül xəstəliyin artımasına qarşı mübarizə aparmaq üçün COVID-19-un gücləndirici doza proqramının ölkədə 40 yaşdan yuxarı insanlara tətbiqinin genişləndirildiyini elan edib.

İndiyə qədər gücləndirici dozalar Britaniyada yalnız həssas insanlar və ön cəbhədəki səhiyyə işçiləri olmaqla, 50 yaş və yuxarı sakinlər üçün uyğun idi. Lakin Londonda keçirdiy brifinqdə Britaniyanın Peyvənd və İmmunizasiya üzrə Birgə Komitəsinin sədri Vey Şen Lin gücləndirici dozanın azı altı ay ərzində peyvəndin tam dozasını almış 40 yaş və yuxarı insanlar ünün uzadılacağını bildirib.

Onun sözlərinə görə, orijinal gücləndirici proqramda olduğu kimi, ilkin qəbul edilmiş peyvəndin növündən asılı olmayaraq, gücləndirici doza kimi ya Pfizer-BioNTech, ya da Moderna vaksinlərindən istifadə edilə bilər.

Komitə, həmçinin 16-18 yaşlar arasındakı gənclərin ikinci doza üçün Pfizer-BioNTech COVID-19 peyvəndini tövsiyə edib. Avqust ayında komitə həmin yaş qrupundakı insanlar üçün peyvəndin yalnız bir dozasını tövsiyə etmişdi.

Məlumat bazası nəzərdən nəzərdən keçirildikdən sonra ikinci dozanın tövsiyə oluna biləcəyini gözləyirdilər. Bazar ertəsi komitə sədri bunun "həqiqətən də belə olduğunu"deyib.

Britaniyanın dərman tənzimləyicisi, Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyinin (MHRA) baş icraçı direktoru, doktor Jun Reyn deyib ki, 18 yaşdan kiçik insanlarda peyvəndlərin istifadəsi yaxından izlənib və onların istifadəsi bu qrupdan olan insanlarda heç bir problem yaratmayıb.

Videokonfrans vasitəsilə danışan Britaniyanın Baş həkiminin müavini, professor Conatan Van Tam indiyə qədər əldə edilən məlumatların gücləndirici dozanı qəbul edən 60 yaşdan yuxarı insanların simptomatik xəstəliklərdən 90%-dən çoxundan qoruna bildiyini göstərdiyini bildirib.

Onun dediyinə görə, gücləndirici proqram uğurlu və iştirakçıların sayı yüksək olsa, bu, "Milad bayramında və bu qışın qalan hissəsində sözün həqiqi mənasında milyonlarla insan üçün COVID səbəbiylə xəstəxanaya yerləşdirmə və ölümlə bağlı narahatlıqları əhəmiyyətli dərəcədə azaldacaq".

XS
SM
MD
LG