Accessibility links

Britaniya, Fransa və Almaniya Şimali Koreyanın ballistik raket sınağını qınayıb


ABŞ-ın üç mühüm müttəfiqi Şimali Koreya tərəfindən ballistik raket sınağını qınayaraq, bunun BMT Təhlükəsizlik Şurasının bu kimi fəaliyyətləri qadağan edən qətnamələrinin pozulması olduğunu bəyan edib.

Britaniya, Fransa və Almaniya BMT-nin siyasi məsələlər üzrə nümayəndəsi Rosmeri DiKarlo ilə onların xahişi ilə Təhlükəsizlik Şurasının qapalı keçirilmiş iclasından sonra bəyanat açıqlayıb. Üç ölkə Şimali Koreyanın son həftələr silsilə ballistik raket sınaqları ilə bağlı narahatlıqlarını ifadə edib.

Təhlükəsizlik Şurasının üç avropalı üzvü Şimali Koreyanı prezident Donald Trampın Kim Conq Unla uyunun 30-da iki Koreya arasında demilitarizasiya zonasında görüşü zamanı razılaşdıqları kimi ABŞ-la danışıqlara qatılmağa çağırıb.

Bir çox diplomat və təhlilçi hesab edir ki, BMT-nin Şimali Koreyanın ixracatı və idxalını kəskin şəkildə azaldan 11 raundda tətbiq etdiyi sərt sanksiyalar Şimali və Cənubi Koreyalar arasında münasibətlərdə yaxınlaşmanın yaranmasına və Trampla Kim arasında iki zirvə görüşünə gətirib çıxarmağa kömək edib.

Lakin ABŞ və Şimali Koreya arasında danışıqlar fevral ayında Hanoyda Tramp-Kim sammitində nəticə əldə olunmadan sona çatıb. Birləşmiş Ştatlar Şimali Koreyanın sanksiyaların aradan qaldırılması müqabilində nüvə qabiliyyətinin yalnız müəyyən hissəsinin təslim edilməsi kimi ifrat tələblər irəli sürdüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG