Accessibility links

Britaniya GRU-ya qarşı tədbirlər görülməsini tələb edir


Britaniya GRU-ya qarşı tədbirlər görülməsini tələb edir
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Britaniyanın prokurorları Rusiyanın iki vətəndaşını mart ayında keçmiş rus casus və onun qızını zəhərləndirərək, qətlə cəhddə ittiham edib. Britaniyanın baş naziri Tereza Mey bildirib ki, Britaniya və onun müttəfiqləri Rusiyanın Qərb üçün təhlükə yaratdığı kəşfiyyat orqanı olan GRU-nun qarşısını almaq üçün daha çox iş görməlidir.

Tele-kameralar Rusiya vətəndaşlarının martın 2-də Londonun Qatvik aeroportuna gəldiyini qeydə alıb. Onların pasportdakı adları Aleksandr Petrov və Ruslan Boşirovdur. Lakin adların saxta olduğuna inanılır.

Təhlükəsizlik kameraları onların Londonun şərqindəki hotelə, sonra isə Salsböri şəhərinə getdiyini qeydə alıb. Burada polisin bildirdiyinə görə, onlar Sergey Skripalın evinin qarşısında əsəb sisteminə təsir edən `Noviçok` maddəsindən istifadə ediblər.

GRU-nun hərəkətləri bizim müttəfiqlər və vətəndaşlarımız üçün təhlükədir.
Tereza Mey

Martın 4-də, Skripal və onun qızı Yuliyanın şəhərin mərkəzində huşsuz tapıldığı gün isə onlar evə daha yaxın yerdə görünüblər. İki şübhəli həmin axşam Hitrou aeroportundan Rusiyaya geri qayıdıb.

Britaniyanın baş naziri Tereza Mey parlament qarşısında çıxışında deyib ki, təhlükəsizlik xidməti həmin şəxslərin Rusiyanın kəşfiyyat agentliyi GRU-un agentləri olduğunu müəyyən edib.

“GRU-nun hərəkətləri bizim müttəfiqlər və vətəndaşlarımız üçün təhlükədir. Salsböri təhqiqatından öyrəndiklərimizə və bu təşkilat haqda bildiklərimizə əsasən, biz xüsusilə də GRU-ya qarşı kollektiv səyləri gücləndirməliyik”.

Rusiyanın GRU agentliyinin 2014-cü ildə Krımın ilhaqı zamanı, 2016-cı ildə ABŞ-ın Demokrat partiyasının milli komitəsinin emaillərinin haker hücumuna məruz qalması və Monteneqroda dövlət çevrilişi cəhdində əsas rol oynadığına inanılır.

Endrü Fokoshall Henri Cekson Cəmiyyətində Rusiya proqramlarının direktorudur.

“GRU bu kimi yüksək riskli, qısamüddətli əməliyyatlarda ixtisaslaşıb”.

Sergey və Yuliya Skripal, eləcə də onları ziyarət edən polis işçisi tamamilə sağalıb.

Şübhəlilərin Avropada həbsinə dair order verilib. Lakin Rusiya konstitusiyası ölkə vətəndaşlarının esktradisiya edilməsinə icazə vermir. Təhlilçi Endrü Fikshall deyir ki, Britaniya və onun müttəfiqləri bunun yerinə hadisə baş verən zaman haqqında qərar verilmiş şəxslərə qarşı əlavə tədbirlər görülməlidir.

“Ümumilikdə, Qərb ölkələrindən Rusiya kəşfiyyat xidmətinin adı açıqlanmayan 150 nəfər zabiti çıxardılıb. Amma bundan daha çox iş görmək olar. Baş nazir özü də təklif edib ki, Avropa İttifaqında əlavə sanksiyalar üçün səy göstərilə bilər. ABŞ-ın da əlavə sanksiyaları tətbiq edilib.”

Rusiya bildirir ki, adların və foto-şəkillərin təqdim edilməsi Moskva üçün heç bir şey demək deyil. Paytaxt sakinləri isə hökumətin mövqeyini dəstəkləyir.

Moskva sakini Şamil.

“Ruslara bunu etmək lazım deyil. Nə məqsədlə? Bu, təxribatdır. Heç bir sübut yoxdur, dəlil və məntiq yoxdur.”

Moskva sakini Mixail.

“Britaniya və Tereza Mey Putindən xoşları gəlmədiyi üçün bunu özləri təşkil edib.”

Britaniya polisi bildirir ki, `Noviçok` zəhəri ölkəyə qaçaq yolla gətirilib və saxta ətir şüşəsində olarkən istifadə edilib.

Atılmış şüşəni talıb onu evə gətirən Daun Störçess on gün sonra ölüb. Polis bunu zəhərlənmə ilə əlaqələndirir.

XS
SM
MD
LG