Accessibility links

Britaniya Hava Yolları Boeing 747 təyyarələrini istismardan çıxarır


Britaniya Hava Yolları (BA) Boeing 747 təyyarələrini istismardan çıxarır. Hava yolları şirkəti jumbo jet kimi tanınan bu ikonik təyyarədən ən çox istifadə edən şirkət olaraq tanınır. Bu təyyarələr 50 ildən artıqdır ki, fəaliyyət göstərirdi.

Boeing 747 1970-ci illərdə hava nəqliyyatının hamı üçün əlçatan olmasına səbəb olmuşdu. Lakin müasir iki mühərrikli təyyarələr yanacaq səmərəliliyində 747-ni çox geridə qoyub.

Hava yolları şirkəti cümə axşamı etdiyi açıqlamada "Biz böyük kədər hissi ilə bütün 747 donanmamızı dərhal istismardan çıxarmağı təklif etdiyimizi təsdiqləyirik" bildirib.

Bu addımın əsas səbəbi dünya boyu hökumətlərin koronavirus pandemiyasının yayılmasını dayandırmaq üçün tətbiq etdiyi səyahət məhdudiyyətləri nəticəsində sərnişinlərin azalmasıdır.

Aviaşirkətin ilkin planına əsasən 747 təyyarələri 2024-cü ildə istismardan çıxmalı idi. Ancaq pandemiyanın təsiri Britannica Hava Yollarının prosesi sürətləndirməsi ilə nəticələnib.

Şirkətdən verilən açıqlamada bildirilir ki, "Bu təyyarə həmişə qəlbimizdə xüsusi bir yerə sahib olacaq. Lakin gələcəyə doğru irəliləyərkən, biz daha çox yeni A350 və 787 kimi müasir, yanacaq baxımından səmərəli təyyarələrdə uçuşlar həyata keçirəcəyik".

Dünya boyu hava yolu sənayesinə pandemiya və səyahət məhdudiyyətləri səbəbilə büyük ziyan dəyib.

XS
SM
MD
LG