Britaniya şahzadəsi Çarlz Londonun böyük konfrans mərkəzində cəmi 9 gün ərzində inşa edilən yeni koronavirus xəstələri üçün minlərlə əlavə çarpayısı olan xəstəxananı açıb.
Londonun Doklend Excel Sərgi Mərkəzində açılan Nightingale Xəstəxanasında əvvəlcə ventilyator və oksigen aparatı ilə təchiz edilmiş 500 yataq istifadəyə veriləcək. Bir azdan bu xəstəxanada 4000-ə qədər xəstə müalicə ala biləcək.
Hərbçilərin köməyi ilə inşa edilən bu xəstəxana koronavirusun öhdəsindən gəlmək üçün ölkə daxilində inşa ediləcək 6 müvəqqəti xəstəxanadan birincisidir. Bu günədək Britaniyada koronavirusdan 2,921 nəfər ölüb.
Bu kimi tədbirlərin kral ailəsinin şəxsən iştirakı ilə keçirilməsinə baxmayaraq, bu xəstəxananı Britaniya şahzadəsi Çarlz ilk dəfə olaraq Şotlandiyadakı evindən video bağlantısı ilə açıb.
O, bu xəstəxananın "imkansız mümkün olduğunun" nümunəsi olduğunu deyib.
"Ən böyük milli konfrans mərkəzlərindən birini səhra xəstəxanasına çevirmək möhtəşəm və demək olar ki, inanılmaz bir işdir," Çarlz bildirib.
Özü də virusa yoluxan 71 yaşlı şahzadə yeddi günlük təcriddən yenicə çıxıb.