Accessibility links

Britaniya rəsmisi: Virus sərt məhdudiyyətlər qoyulan bölgələrdə də yayılmaqda davam edir


Britaniyanın Səhiyyə Naziri Mat Hankok bazar ertəsi deyib ki, koronavirus ən sərt məhdudiyyətlər qoyulan bölgələrdə belə yayılmaqda davam etdiyi üçün hökumət yeni məhdudiyyətlər tətbiq edə bilər.

Televiziya ilə müsahibəsində Hankok virusun yeni variantının əvvəlkilərlə müqayisədə daha asan yayıldığını və ölkədə həyata keçirilən üçqatlı məhdudiyyətlər sisteminin təsirinin zəif olduğunun sübut edildiyini bildirib.

Hankok yeni məhdudiyyətlərın gərəkli olub-olmadığının yekunda insanların davranışından asılı olduğunu deyib. O deyib ki, insanlar özlərini artıq virusa yoluxmuş kimi aparmalı və ətrafdakılara xüsusi ehtiyat göstərməlidirlər.

“Bəli, söhbət dövlət qaydalarından gedir və bu xalqın sağlamlığı ilə bağlıdırsa, biz daha sərt qaydalar tətbiq etməyə hazırıq," Hankok bildirib.

Səhiyyə naziri ölkənin 700 məntəqəsində bir milyondan çox insana uğurla peyvənd vurduğuna görə Milli Sağlamlıq Xidmətini (NHS) tərifləyib və deyib ki, həftənin sonunda bu məntəqələrin sayı 1000-dən çox olacaq.

Hankok Oxford Universiteti ilə əczaçılıq şirkəti AstraZenecanın ortaq istehsal etdiyi son peyvəndi yüksək qiymətləndirib və Britaniya elminin dünyada lider olduğunu deyib.

Cons Hopkins Universitetinin bildirdiyinə görə, Britaniyada bazar günü 55,157 yeni yoluxma, 455 yeni ölüm halı qeydə alınıb. Şənbə günü isə ölkədə 57,853 yeni yoluxma halı qeydə alınıb ki, bu da gündəlik rekord təşkil edir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG