Accessibility links

Britaniyanın kral ailəsi daha bir böhranla üzləşir


Britaniyanın kral ailəsi daha bir böhranla üzləşir
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Britaniyanın kral ailəsi 1990-cı illərdə şahzadə Diananın boşanması və ölümündən bəri ən böyük böhranla üzləşir. Kraliça Elizabetin ikinci oğli şahzadə Endrü bu yaxınlarda televiziyada verdiyi müsahibə səbəbilə üzləşdiyi tənqidlərdən sonra ictimai vəzifələrindən geri çəkildiyini elan edib. Müsahibədə şahzadəyə ABŞ maliyyəçisi və avqust ayında Nyu York həbsxanasında özünü öldürən və cinsi zorakılıqda ittiham olunan Ceffri Epstinlə dostluğu barədə sual veriilib. Bu arada şahzadə Harri və həyat yoldaşı Meqan Markl da mətbuatın həyatlarına müdaxiləsi ilə mübarizə aparandan sonra ictimai həyatdan geri çəkilməyə qərar verib.

Şahzadə Endrü ictimai vəzifələrindən əl çəkdiyini elan edəndən bəri ilk dəfə olaraq bu yaxınlarda Vindzor Sarayında görülüb.

Onun bu addımı atmasına səbəb bir müsahibə zamanı ona cinsi zorakılıqda ittiham olunan amerikalı Ceffri Epstinlə dostuğu və Epstin məhkum olunandan sonra onun evində qalmasının səbəbi barədə sual verilməsi olub.

Britaniya şahzadəsi Endrü
Britaniya şahzadəsi Endrü

“Mən gedib, onu görüb, onunla danışmalı idim”, şahzadə Endrü cavab verib.

Kral ailəsi üzrə təhlilçi Riçard Fitzvilyamsın sözlərinə görə, şahzadə Endrünun Epstinin qurbanlarına qarşı mərhəmətinin olmaması şokedici idi.

“Bu onun tamaşaçılarından və fikrimcə, reallıqdan tamamilə uzaq olduğunu göstərdi. O, ictimai vəzifələrindən əl çəkməli idi, çünki o, artıq ziyan vururdu”, Fitzvilyams söyləyir.

Epstinin qaçaqmalçılıq qurbanlarından biri olduğu deyilən bir qadın 17 yaşında ikən şahzadə ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edib. Endrü dəfələrlə bu ittihamları rədd edib və ABŞ müstənqilərini dəlillərlə təmin etməyə hazır olduğunu söyləyib. Fitzvilyams isə deyir ki, Endrü daha öncə də kral ailəsinə utanc verib.

“Onun Sara Ferqusonla olan evliliyi. Sara kral ailəsinin fəlakətli üzvü idi və onlara bir neçə utandırıcı anlar yaşatmışdı”, Fitzvilyams deyir.

Ceffri Epstin
Ceffri Epstin

Kral ailəsinin üzvü kimi sahib olduğu imtiyazlaran sui-istifadə edən şahzadədən hər şeyi daha diqqətlə yoxlayan şahzadəyə keçək.

Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl mətbuatın onların həyatlarına müdaxiləsindən dəhşətə gəldiklərini söyləyiblər və hətta bir neçə qəzeti bu səbəblə məhkəməyə veriblər.

“Onlar sadəcə olaraq kimlikləri səbəbilə etdikləri hər şeyə olan qlobal maraqla mətbuat arasında müəyyən əlaqələrin olacağını qəbul etməlidirdlər”, Fitzvilyams deyir.

Kraliça Elizabetin həyat yoldaşı yanvar ayında avtomobil qəzasına uğrayan zaman da kral ailəsi istənməyən diqqətə məruz qalmışdı.

Bundan əlavə kral ailəsi sentyabr ayında Brexit məsələsinə də cəlb edilmişdi. Belə ki, Ali Məhkəmə baş nazir Boris Consonun kraliçadan parlamentin işini təxirə salmasını istəyəndə onu yanlış yönəltdiyinə dair qərar çıxarıb.

Şahzadə Harri və Meqan Markl
Şahzadə Harri və Meqan Markl

“Bu, kral ailəsi üçün dəhşətli, 1990-cı illərdən bəri ən pis il oldu. Amma kral ailəsi müşavirləri və mətbuat katibləri ilə məsləhətləşsə və əgər Harri ilə Meqan kral ailəsinin üzvləri olaraq onları xoşbəxt etməyin bir yolu olduğuna inandırılsa, gələn ilin də belə keçməsinə səbəb qalmayacaq”, Fitvilyams söyləyir.

Kraliça Milad Günü zamanı televiziyada yayımlanan çıxışında bu çətin ilə son qoymağa çalışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG