Accessibility links

Britaniyanın kral ailəsi şahzadə Harri və Meqanın müsahibəsinə münasibət bildirib


Bukingem Sarayı çərşənbə axşamı Britaniya kral ailəsinin şahzadə Harri və həyat yoldaşı Meqanın son bir neçə ildə həyatlarının nə qədər çətin olduğunu öyrəndikdə təəssüfləndiyini bildirib.

Bazar günü CBS kanalında Opra Vinfri ilə irqçilik, ailənin dinamikası və intihar düşüncələrinin gündəmə gətirildiyi müsahibədən sonra Bukingem Sarayının kraliça Elizabet adından verdiyi açıqlamada "deyilənlərdən bəzilərinin fərli olub, lakin bunlar çox ciddi məsələlərdir və ailə tərəfindən xüsusi olaraq nəzərə alınacaq.”

Twitter-də yayımlanan bəyanatda cütlüyün və onların oğlu Arçinin ailə üzvləri tərəfindən həmişə çox seviləcəkləri də vurğulanıb.

Bəyanat qarışıq irqlərdən olan Marklın ailənin bir üzvünün Arçinin dərisinin tünd olması ilə əlaqədar narahatlıqların olduğunu bildirdiyini dilə gətirməsindən sonra verilib.

Meqan kraliça Elizabetin onunla həmişə yaxşı davrandığını deyib. Keçmiş aktrisanın sözlərinə görə, o, cütlüyün mətbuatda irqçi hücumlar hesab etdiyi hallara qarşı mübarizə aparıb, hamilə ikən intiharla bağlı düşüncələri olub, lakin heç bir dəstək almayıb. Keçmiş aktrisa indi ikinci övladına hamilədir.

Fevral ayında saray hersoq və hersoginiyanın işləyən kral ailəsi olduu üçün genri dönməyəcəyini, lakin bir il sonra onların işlədikləri üçün vəzifələrindən kənarlaşacağını bildirmişdi.

Həmin il cütlük Şimali Amerikaya köçüb və hazırda Kaliforniyada yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG