Accessibility links

Şahzadə toyunun xüsusi qonağı [Video]


Şahzadə toyunun xüsusi qonağı
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Keçən il Mançester Arenasında 22 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumundan sağ çıxan şəxs Britaniya şahzadəsi Harri ilə Meqan Merklin Vinsdor qəsrində keçiriləcək toy məclisinə dəvətnamə alıb. Əvvəlcə o, kiminsə onunla zarafat etdiyini düşünüb, lakin sonra bunun həqiqət olduğunu anlayıb.

Britaniya şahzadəsinin toyuna dəvətnamələr artıq hazırdır və göndərilməyə başlayıb. Keçən il intiharçı hücumundan sağ çıxan qurbanlardan birinə də bu toya dəvətnamə gəlib. Ameliya Tomson: “Mən danışa bilmirəm, nə deyəcəyimi bilmirəm.”

12 yaşlı Amelya əvvəlcə bunun bir zarafat olduğunu düşünüb. “Əvvəlcə kiminsə məni ələ saldığını düşündüm, lakin bizə toyla bağlı detalları göndərdikdən sonra bunun doğru olduğunu anladım."

Amelyanın anası Liza Nyuton bir neçə ay əvvəl bəzi şeylər planlaşdırmışdı. “Mən Amelyanın adını bir neçə ay əvvəl bacımla birlikdə göndərmişdim. Keçən cümə axşamı e-mail aldım və buna inana bilmədim. Sonra telefonu Ameliyaya verdim. Ona qədər onun heç nədən xəbəri yox idi.”

Bu həyəcan keçən ilin noyabr ayında, şahzadə Harry ilə Amerikanın televiziya ulduzu Meqan Merklın nişanlanmasından və bu xəbəri Kensington sarayında, şahzadənin rəsmi yaşayış yeri olan Sunken Garden-də mediaya verməsindən sonra başladı.

Liza Nyuton deyir ki, əksinə, o vaxtlar Mançester hücumundan sağ çıxan qızı üçün çətin vaxtlar idi. “O, çox ağır zamanlar keçirirdi və buna görə ona zaman lazım idi.”

Ötən ilin may ayında ölkədə Amerika şou ulduzu Ariana Qrandenin Manchester Arena-da konserti zamanı 22 nəfərin ölümü ilə nəticələnən intihar hücumunu yaşanmışdı.

Lakin indi, təxminən bir il sonra Ameriya gələn ay Windsor Castle-da şahzadə toyunun şahidi olmaq üçün möhtərəm qonaqlardan biri olmağı səbirsizliklə gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG