Accessibility links

Britaniya kraliçası Elizabet xalqa nadir müraciət edəcək


Britaniyada ölümcül koronavirus xəstəliyi yayılmağa davam etdiyi bir vaxt Kraliça Elizabet bazar günü xalqa son dərəcə nadir bir müraciət edəcək.

"Əlahəzrət Kraliça koronavirusun yayılması ilə əlaqədar Birləşmiş Krallıq və Birlik üçün yayımlanması nəzərdə tutulan xüsusi bir çıxış lentə alıb," Bukinqem sarayı bildirib. Saray çıxışın məzmunu haqqında heç bir məlumat verməyib.

Bazar günü yerli vaxtla saat 19:00-da yayımlanması planlaşdırılan çıxış Şahzadə Filipin karantində qaldığı Windsor qalasında çəkilib.

Kraliça keçən ay kral ailəsinin koronavirusun baş qaldırması probleminin aradan qaldırılmasında rol oynayacağını bildirdiyi yazılı bir açıqlama vermişdi.

Kraliça nadir hallarda televiziya ilə xalqa müraciət edir. Kral ekspertləri bildirir ki, 68 ildir taxtda oturan kraliça beçinci dəfədir ki, xalqa belə müraciət edir.

Son məlumatlara əsasən, hazırda Britaniyada koronavirusdan həyatını itirənlərin sayı 3,605-ə çatıb. Ümumi yoluxanların sayı isə 38 mindən çoxdur.

Hökumət ölkə boyu izoloyasiya rejimi tətbiq edərək barları, restoranları və demək olar ki, bütün dükanları bağlayıb. Eyni zamanda sosial toplantılar qadağan edilib və britaniyalılaradan vacib olmadığı müddətcə evdən çıxmamaları tələb olunur.

XS
SM
MD
LG