Britaniyanın ən uzun müddət monarxı, kraliça Elizabetin yunan əsilli həyat yoldaşı şahzadə Filip 99 yaşında vəfat edib. Edinburq hersoqu yaddaşlarda kraliça qarşısında vəzifəsi və yumor hissi ilə qalacaq. O, zamanın adamı və indiyədək Britaniya tarixində ən görkəmli monarxlardan birinin dayağı idi.
Filip Mountbetten Elizabetlə Hərbi Dəniz Donanmasının kursantı olarkən tanış olub. Elizabet utancaq bir şahzadə idi. Onlar 1947-ci ildə evlənib.
"Gənc Şahzadə Filip" kitabının müəllifi Filip İd deyir ki, Elizabet kraliça titulu aldıqdan sonra şahzadə Filip üçün karyerasından imtina etmək çox çətin olub. “O, Britaniya donanmasında son dərəcə bacarıqlı, yüksək hötmətə sahib olan zabiti idi və yüksək rütbəli şəxslər tərəfindən dəyərləndirildi. Ona donanmanın başçısı vəzifəsi təklif olunsa da, o, bundan imtina edib və həyat yoldaşının yanında olub. O, kişi xarakterli idi və kraliçanın arxasında bir-iki addım duracaq həyatı asanlıqla qəbul edəcək bir insan deyildi.”
Bir müsahibə zamanı ondan saraydakı rolu haqqında nə düşündüyünü soruşduqda, şahzadə Filip, "düşünmürəm" deyə, cavab verib. Filip İd: “Onda vəzifə hissi çox güclü idi və vəzifəsinin hər şeydən əvvəl kraliçanı işində dəstəkləmək olduğunu və bu vəzifəsinin vacibliyini dərk edirdi. Bu, onun siyasının ön sırasında yer alırdı.”
1997-ci ildə Şahzadə Diananın ölümü də daxil olmaqla, 70 il ərzində ictimaiyyət qarşısında olan şahzadə Filip kral ailəsinin yüksəliş və enişlərini birlikdə yaşayıb.