Accessibility links

Britaniya müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb


Britaniyanın baş naziri Tereza Mey müdafiə nazirini vəzifəsindən azad edib. O deyib ki, müdafiə nazirinin Çinin “Huawei” telekommunikasiya şirkəti ilə bağlı məxfi görüşdən sızan məlumatın mənbəyi olduğuna dair ciddi dəlillər var.

Qavin Uilliamsonun işdən çıxarılması barədə xəbər ötən ay qəzetdə dərc edilmiş məqalədən sonra ictimayyətə yayılıb. Qəzet Meyin Milli Təhlükəsizlik Şurasında “Huawei” şirkətinə Britaniyanın yeni 5G kommunikasiya şəbəkəsinin bir hissəsi olmasına icazə verilməsi barədə qərarından sitat gətirib.

Məlumatın necə sızması barədə araşdırmalardan sonra Mey çərşənbə günü ictimailəşmiş məktubunda deyib ki, o, dəlillərin Uilliamsonun məlumatı sızdırdığına işarə etdiyinə və bunun necə baş verməsinə dair başqa heç bir izahın olmadığına görə bu qənaətə gəlib.

Uilliamson müxbirlərlə qarşılaşdıqda iddiaları danıb.

Uilliamson “Siz və ya sizin hər hansısa nümayəndəniz `Huawei` şirkətinə məlumat sızdırması prosesində iştirak edib?” sualına o, “Xeyr” deyə cavab verib.

Uilliamson həmçinin deyib ki, Mey ona işdən qovulmamaq üçün özünün vəzifədən istefa verməsi şansı verib. Lakin Uilliamson bundan imtina edib. Belə ki, bunu etməklə o, ittihamları qəbul etmiş olacaqdır.

Uilliamson beynəlxalq inkişaf üzrə dövlət katibi vəzifəsini icra edən Penni Murdantla əvəzlənib.

Britaniya “Huawei” şirkətini Çin hökumətinə casusluqda günahlandıraraq şirkəti 5G şəbəkəsindən çıxarmaq üçün təyziq göstərən ABŞ-ın müttəfiqlərindən biridir.

“Huawei” casusluqla bağlı ona qarşı irəli sürülən ittihamları rədd edir.

XS
SM
MD
LG