Accessibility links

Britaniya müttəfiqlərini Rusiyaya qarşı birləşməyə çağırır


Britaniya xarici işlər naziri ənənəvi Qərb müttəfiqlərini Rusiyanın "təcavüzkar və düşmən davranışına" qarşı ABŞ prezidentinin rəhbərliyi altında vahid cəbhədə birləşməyə çağırır.

Ərazi müdaxiləsi, qadağan olunmuş silahların istifadəsi və ya kiberhücum hallarının artmasının hər zaman ağır nəticələri olacaq.
Ceremi Hant, Britaniya xarici işlər naziri

Britaniya xarici işlər naziri Ceremi Hant Vaşinqtonda ABŞ, İngiltərə və Avropa Birliyinə Rusiya prezidenti Vladimir Putinin uzun müddət beynəlxalq normalara yönələn getdikcə daha təhlükəli hücumlarına qarşı çıxmağın vacibliyini vurğulayıb.

Ceremi Hant deyib ki, onların dəyərlərinə hörmət qoymayanlar bilməlidirlər ki, ərazi müdaxiləsi, qadağan olunmuş silahların istifadəsi və ya kiberhücum hallarının artmasının hər zaman ağır nəticələri olacaq. Etimadın bir hissəsi birlikdən irəli gəlir.

Hant İngiltərənin Salisburi şəhərindəki sabiq rus agenti və onun qızının mart ayında zəhərlənməsindən sonra onlarla rus diplomatını ölkədən çıxardığı üçün Trampa təşəkkür edib.

Bununla belə, ABŞ prezidenti dəfələrlə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə şübhə ilə yanaşaraq, sosial medianı Rusiyanın hərəkətlərini “saxta ifritə ovu” kimi araşdırmaları dayandırmağa çağırır.

Rusiya öz növbəsində, ABŞ-ın iki rus şirkətinə və Moskvaya mövcüd sanksiyaların qarşısını almağa çalışan rus adamına qarşı olan yeni sanksiyalarına cavab verəcəyini bildirib.

ABŞ Rusiya gəmiçilik şirkətlərini BMT-nin məhdudiyyətlərini pozaraq Şimali Koreyaya neft məhsulları ixrac etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG