Accessibility links

Britaniya məhkəməsi Culian Assanjın zaminlə azadlıq tələbini rədd edib


Britaniyanın bölgə hakimi Vanessa Bareytser WikiLeaks-in təsisçisi Culian Assanjın zaminlə azadlığa buraxılması tələbini rədd edib. Onun casusluq ittihamı ilə ABŞ-da mühakimə edilməsinə dair məhkəmələrin qərarı çıxarılanadək həbsdə qalmasına qərar verilib.

Hakim Assanj azad edildiyi təqdirdə məhkəməyə gəlməməsi ehtimalına görə onun həbsdə qalmasının məqsədəuyğun olduğunu deyib.

Britaniya məhkəmələri hazırda ABŞ-ın Assanjın eksradisiyası tələbini nəzərdən keçirir. Assanjın həbdə qalmasına dair hökm Bareytserin iki gün əvvəl ABŞ-ın tələbini rədd etməsindən sonra çıxarılıb.

Hakim məxfi hərbi və diplomatik məlumatları açıqlamaqla ittiham edilən Assanjın ekstradisiya tələbini rədd etməsini onun Amerikada ağır həbsxana şəraitində saxlanması və özünə qəsd edə bilməsi ilə izah edib.

Assanj yeddi il əvvəl, 2019-cu ilin aprel ayında həbs edildikdən sonra Londonun Belmarş həbsxanasında saxlanılır.

WikiLeaks-in açıqlamalarına görə, ABŞ Assanja qarşı 17 casusluq ittihamı və kompüterdən sui-istifadə ittihamı irəli sürüb. Təqsirli bilindiyi təqdirdə onu 175 ilə qədər həbs cəzası gözləyir.

Vəkilləri onun jurnalist kimi fəaliyyət göstərdiyini və bu səbəbdən Əfqanıstan və İraqdakı ABŞ hərbi qanunsuzluqlarını ifşa edən sənədləri sızdırdığını bildirir, Assanjın ABŞ konstitusiyasına əsasən söz azadlığı hüququna malik olduğunu deyir.

XS
SM
MD
LG