Accessibility links

Seksual qısnama ittihamları qarşısında Britaniya Müdafiə Naziri istefa verdi


Maykl Fallon, Britaniya Müdafiə Naziri, 10 Downing Küçəsində kabinet iclasını tərk edir. 27 iyun, 2017.
Maykl Fallon, Britaniya Müdafiə Naziri, 10 Downing Küçəsində kabinet iclasını tərk edir. 27 iyun, 2017.

Britaniya Müdafiə Naziri ölkəni bürüyən seksual qısnama skandallarının ilk qurbanı olub. Maykl Fallonun istefaya çıxması Brekzit sınaqları ilə üzləşən mühafizəkarların zərif koalisiya hökumətini çətin duruma salıb.

Fallonun istefasına səbəb onun partiya konfransı zamanı qadın jurnalistin dizinə əlini dəfələrlə qoyması olub.

Maykl Fallon öz istefasını tələb olunan yüksək standartlara cavab verməməsi ilə əsaslandırıb.

Onun istefası ABŞ müdafiə naziri Ceyms Mattislə planlaşdırılmış görüş ərəfəsində baş verib.

Britaniyanın 65 yaşlı naziri başqa qadın jurnalistlərlə də nalayiq rəftarına dair ittihamlarla üzləşib. O, öz istefasını tələb olunan yüksək standartlara cavab verməməsi ilə əsaslandırıb.

Britaniya Baş Naziri Teresa Meyin başqa kabinet nazirləri, o cümlədən müavini Damian Green də jurnalistə qarşı biədəb hərəkətlərdə ittiham olunur.

Beynəlxalq Ticarət Naziri Mark Garnier öz katibəsindən onun üçün seks-oyuncaqlar almağı xahiş edib və onun haqda ictimaiyyət qarşısında seksual ifadələr işlədib

Seks skandalları Britaniya Baş Naziri Tereaza Meyin zərif koalisiya əsasında formalaşmış hökumətini çətin duruma salıb.
Seks skandalları Britaniya Baş Naziri Tereaza Meyin zərif koalisiya əsasında formalaşmış hökumətini çətin duruma salıb.

Bu açıqlamalardan sonra Tereza Mey nazirə etimad göstərib-göstərmədiyi haqda suala cavab verməkdən imtina edib.

Qərb siyasətçilərinə qarşı seksual qısnama ilə bağlı iddialar məşhur Hollivud prodüseri Harvey Ueynşteynin qısnama və zorlama ittihamları ilə üzləşməsindən sonra fırtına halı alıb.

XS
SM
MD
LG