Accessibility links

Britaniya müstəmləkəçilik irsini ört-basdır etməkdə günahlandırılır [Video]


Britaniya müstəmləkəçilik irsini ört-basdır etməkdə günahlandırılır
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Britaniya müstəmləkəçilik irsini ört-basdır etməkdə günahlandırılır

Britaniya Avropa İttifaqından ayrılmaq prosesinə başlamağa hazırlaşdığı bir vaxt, Millətlər Birliyi ölkələri ilə köhnə ticarət əlaqələrini bərpa etməyə çalışır. Bu isə Britaniya İmperiyasının tarixi irsi ilə bağlı müzakirələrə səbəb olub. Bəziləri Britaniya nazirlərini müstəmləkəçilik dövründə baş verən vəhşilikləri ört-basdır etməkdə günahlandırırlar.

Maliyyə naziri Filip Hammond Britaniya biznesini canlandırmaq üçün çərşənbə günü Hindinstana üç günlük səfər edib. Britaniyanın Birlik ölkələri ilə ticari əlaqələri bərpa etmək səyləri media tərəfindən İmperiya 2.0 adlandırılır.

Britaniyanın imtiyazlı azad ticarət razılıqları əldə etmək üçün Birlik ölkələrini mümkün alternativ olaraq görməsi alqışlanır. Lakin hər razılıqda olduğu kimi burada da tərəflərin müəyyən şərtləri var.
Şaşi Tarur

Bu yaxınlarda Filippində ticarət missiyasında olan beynəlxalq ticarət naziri Liam Foks da Tvitterdə Britaniyanın “20-ci əsr keçmişini gizlətməyə ehiyacı olmayan az sayda Avropa ölkələrindən biri olduğunu” yazıb.

Hindistanlı qanunverici və Birləmiş Millətlər təşkilatının keçmiş baş katib müavini Şaşi Tarur “Şərəfsiz İmperiya” adlı kitab yazıb. Onun isə Britaniyanın müstəmləkəçilik siyasəti ilə bağlı fərqli yanaşması var.

“Həmin dövrdə Hindistanda Amritsarda Callianvala Bağ qətliamı zamanı müdafiəsiz, silahsız qadınlar, uşaqlar və kişilər öldürüldü, Mesopotamiyada kimyəvi silahlardan istifadə olundu, Bəsrada günahsız vətəndaşlar havadan bombardman edildi, Hindistanda dəhşətli bölgü yarandı, Keniyada Mau Mau üsyanı qəddarcasına yatırıldı.”

Tarur deyir ki, bu tarixə baxmayaraq, Hindistan Britaniyanın irəli sürdüyü təklifləri nəzərə alır.

Şaşi Tarur: “Britaniyanın imtiyazlı azad ticarət razılıqları əldə etmək üçün Birlik ölkələrini mümkün alternativ olaraq görməsi alqışlanır. Lakin hər razılıqda olduğu kimi burada da tərəflərin müəyyən şərtləri var”.

Məsələn, Hindistan Britaniyada iş görmək istəyən vətəndaşlarına qarşı tətbiq olunan viza məhdudiyyətlərini tənqid edir.

Bu tədbirlər Hindistanın əsas ixrac malı karriyə təsir göstərir. Müstəmləkəçilik dövründə britaniyalılar tərəfindən istifadə olunmağa başlayan karri artıq Britaniyanın milli yeməyi kimi tanınır. 5,6 milyard dollarlıq karri sənayesində işləyənlərin çoxu Brexiti dəstəkləyirdi, çünki onlar bunun Birlik ölkələrindən daha çox miqrasiyaya yol açacağına ümid edirdi. Amma indi onlar onlara xəyanət edildiyini düşünürlər.

“Biz bunun ədalətli olacağını və Hindistandan, Banqladeşdən, Pakistandan insanları gətirib, onların burada işləyəcəklərini düşünürdük, çünki bizim sənayedə aşbazlara böyük ehtiyac var. Amma indi bunun tam əksi baş verir, çünki indi bizim Rumıniya və Polşa kimi ölkələrdən gələn işçilərimiz də Britaniyanı tərk etməli olacaq. Nəticədə isə biz işçisiz qalacağıq,” deyə Karri restoranının sahibi İnam Əli bildirir.

Biz bunun ədalətli olacağını və Hindistandan, Banqladeşdən, Pakistandan insanları gətirib, onların burada işləyəcəklərini düşünürdük, çünki bizim sənayedə aşbazlara böyük ehtiyac var.
İnam Əli

Britaniyanın Avropa İttifaqından ayrılmağının əsas səbəbi miqrasiyanı azaltmaq idi.

Amma Hindistan kimi ölkələr Britaniya ilə əldə olunacaq hər hansı tiracət razılığının bir hissəsi olaraq viza məhdudiyyətlərinin azaldılmasını istəyir.

Hinidistanlı qanunverici onların köhnə ticarət əlaqələrinin bərpasına açıq olduqlarını desə də, 21-ci əsrdə razılığın şərtlərini artıq Britaniyanın diktə etməyəcəyini vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG