Accessibility links

Britaniya ordusu: Kabil hava limanında yaşanan xaosda 7 nəfər həyatını itirib


Britaniya Müdafiə Nazirliyinin bazar günü bildirib ki, şənbə günü minlərlə insanın ölkəni tərk etmək məqsədilə Kabil hava limanına axın etməsi nəticəsində azı yeddi nəfər həyatını itirib.

Taliban 10 gün davam edən hücumdan sonra avqustun 15-də Əfqanıstanın paytaxtına daxil olub.

Minlərlə insan Talibanın 20 il öncə ölkəyə nəzarət etdiyi kimi indi də Şəiət qaydalarını tətbiq edəcəyindən qorxduğu üçün yenidən ölkədən qaçmağa çalışdığı bir vaxt hava limanında xaotik vəziyyət yaranıb.

“Vəziyyət çox çətin qalmağa davam edir, amma biz vəziyyəti ən təhlükəsiz və salamat şəkildə idarə etmək üçün əlimizdən gələni edirik,” Britaniya Müdafiə Nazirliyi bəyanatında bildirib.

Şənbə günü Kabildə havanın temperaturu 34 dərəcəyə çatıb. Associated Press Press bildirib ki, ölənlərin izdihamda fiziki olaraq əzildikləri, boğulduqları və ya ölümcül infarkt keçirdikləri hələ ki, bəlli deyil.

Lakin hava limanında olan Sky News kanalının müxbiri deyib ki, şənbə günü aeroporta on minlərlə əfqan gəlib və izdihamın önündə olandan barikadalar sıxışaraq ölüblər.

Bundan əlavə şənbə günün Əfqanıstanı tərk etmək istəyən ABŞ vətəndaşlarına “ABŞ hökumətinin nümayəndəsindən özəl göstərişlər almayanadək” Kabil hava limanına getməmələri tövsiyyə olunub.

ABŞ-ın Əfqanıstandakı səfirliyinin yaydığı təhlükəsizliklə bağlı xəbərdarlıq Talibanın nəzarətini ələ keçirdiyi ölkədən qaçmağa çalışan və bu səbəbdən Kabil hava limanı ətrafında toplaşan minlərlə insan arasında çaşqınlığa və panikaya səbəb olub.

ABŞ-ın Prezidenti Co Baydenin bazar günü amerikalılar və əfqan qaçqınların Kabildən evakuasiyası ilə bağlı açıqlama verəcəyi gözlənilir.

İspaniya bazar günü ABŞ hökumətinə işləyən əfqan qaçqınları qəbul edəcəyini elan edib. Əfqanlar üçüncü ölkəyə keçidi gözləyərəkən İspaniyanın cənubunda iki hərbi bazada, Moron de la Frontera və Rotada saxlanılacaqlar.

Şənbə günü 110 əfqan ailəni daşıyan təyyarə Avropa İttifaqının Madrid yaxınlığındakı hərbi bazadakı mərkəzinə enib. Həmin qrupa Əfqanıstanda ABŞ-a işləyən 36 nəfər daxil olub. Baza Avropa İttifaqı üçün işləyən avropalıların ilk dayanacağıdır. Daha sonra onlar digər Aİ ölkələrinə yerləşdiriləcəklər.

Əfqanıstanda hakimiyyəti ələ keçirəndən bir həftə sonra Taliban qiyamçıları vəd etdikləri “inklüziv İslam hökuməti” qurmaqla bağlı keçmiş rəqibləri ilə daxili danışıqlar aparır, görüşlər keçirirlər.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG