Accessibility links

Britaniya parlamenti yenidən Brexit səsverməsində


Britaniya parlamenti Avropa Birliyindən ayrılma prosesinin necə davam etdiriləcəyinə dair qərar verə bilmək üçün üç gün səs verəcək.

Çərşənbə axşamı baş tutan səsvermənin ilk günü parlament üzvləri hökümətin Avropa Birliyi ilə ötən il əldə etdiyi razılaşmasının baş nazir Tereza Mey tərəfindən hazırlanan son versiyasını səsverməyə qoyub.

Mey bazar ertəsi günü Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə danışıqların yeni şərtlərini müəyyən etmək üçün Strasburqa səfər edib. Baş nazir bu görüşün rəqibləri qarşısında onun mövqeyini gücləndirəcəyinə ümid edir.

Mey bildirib ki, Yunker Britaniyanın Şimali İrlandiya ilə Avropa İttifaqının üzvü İrlandiya arasındakı uzun müddətdir davam edən sərhəd məsələsinə dair "hüquqi baxımdan zəruri dəyişikləri" elan edib.

Yunker 29 martda baş tutacağı gözlənilən Brexit üçün Britaniyanın variantlarının tükəndiyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG