Accessibility links

Britaniyada güclü partlayış - çox sayda insan ölüb


Britaniyanın fövqəladə hallar rəsmilərinin cümə axşamı bildirdiyinə görə, ölkənin cənub-qərbindəki su təmizləyici qurğunun yaxınlığında baş verən güclü partlayış nəticəsində çox sayda insan həyatını itirib.

Avon və Somerset polisinin verdiyi açıqlamada partlayışın Londondan təxminən 195 kilometr qərbdə, Bristol yaxınlığında yerləşən Eyvonmut sənaye bölgəsində, suyun təkrar emalı mərkəzindəki kimyəvi maddə olan tankerlərdən birində baş verdiyinə inanıldığı bildirilib.

İtkilərlə bağlı heç bir məlumat verməyib.

Yaxınlıqdakı anbarda olan şahidlər səhər saatlarında çox yüksək partlayış səsi eşitdiklərini və binanın silkələndiyini bildirib.

İlk müdaxilə edənlər və digərlərinin sosial mediada paylaşdığı şəkillərdə üstündə böyük dəlik olan bir tanker görmək olub. Hadisə yerində bir vertolyot və təcili yardım xidmətinin olduğu şəkillər də olub.

Polis idarəsindən verilən məlumatda qısa müddət sonra yerli yanğınsöndürmə xidmətinin rəhbərliyi ilə hadisə yerində xilasetmə əməliyyatlarının həyata keçirildiyi, tibbi yardım qrupları və bir vertolyot komandası da daxil olmaqla, azı səkkiz bələdiyyədən olan qrupların gəldiyi bildirilib.

Yerli polisin baş müfəttişi ərazinin mühasirəyə alındığını və tam araşdırma aparıldığını deyib. Onun sözlərinə görə, bir neçə qurumdan olan polis işçiləri bir müddət hadisə yerində qalacaq.

XS
SM
MD
LG