Accessibility links

Britaniyanın Plimut şəhərində silahlı hücum - 6 nəfər ölüb


Britaniya Daxili işlər nazirinin "şok" olaraq xarakterizə etdiyi məlumatda cümə axşamı İngiltərənin cənub-qərbindəki Plimut şəhərində baş verən silahlı hücum zamanı 6 nəfərin öldüyü bildirilib.

Devon və Kornvall polisinin verdiyi açıqlamada şübhəli də daxil olmaqla, iki qadının və üç kişinin hadisə yerində aldığı güllə yaralarından öldüyü, digər bir qadının qısa müddət sonra xəstəxanada öldüyü deyilib.

Polis əvvəlcə atışmanı "odlu silahla ciddi insident" kimi xarakterizə edib, qarşısının alındığını və terrorla əlaqəli olmadığını bildirib.

Birləşmiş Krallıq dünyanın silahlı cinayətlərin ən aşağı olduğu ölkələrdən biridir və kütləvi qırğın orada nadir hallarda baş verir.

Silahlı hücumun baş verdiyi yerin yaxınlığında yaşayan 57 yaşlı Şerron Törner The Times qəzetinə verdiyi açıqlamasında silahlı bir şəxsin giriş qapısını təpiklə vurub açdığını və təxminən 5 yaşındakı qız uşağını və ananı güllələdiyini deyib. Törner deyib ki, əlində yarı-avtomat silah olan şəxsin qara və boz geyimdə olduğu deyilib.

The Times xəbər verib ki, hücumdan sonra silahlı şəxs evin arxasındakı parka qaçaraq, it gəzdirən iki nəfəri də güllələyib.

"Plimot hadisəsi dəhşətdir və mənim fikrim qurbanlardadır" - deyə, Daxili işlər naziri Priti Patel tvitter səhifəsində yazıb.

Devon və Kornvoll polisi cümə axşamı saat 18:10-da şəhərin Keyham ərazisinə çağırıldıqlarını bildirib.

"Hadisə ilə əlaqədar araşdırmalar davam edir və Keyham bölgəsindəki yollar bütün gecə bağlı qalacaq" - deyə, polis bildirib.

Cənub-qərb bölgəsinin Təcili Tibbi Yardım Xidmətinin bildirdiyinə görə, hadisəyə Təhlükəli Sahəyə Müdaxilə Komandası (HART), çox sayda təcili yardım maşını, havadan yardım, çox sayda həkim və tibb işçiləri cəlb edilib.

XS
SM
MD
LG