Accessibility links

Britaniya qanunvericiləri "razılıqsız Brekzit"-in qarşısını almağa cəhd göstərir


Britaniya qanunvericiləri gələn həftə son imkandan istifadə edərək baş nazir Boris Consonun ölkəni çıxma razılığı olmadan Avropa İttifaqından çıxarmaq planını qarşısını almağa çalışacaqlar.

Conson deyir ki, o, hələ də Brüsselin ona daha yaxşı şərtlər altında çıxma planı təklif etməsini gözləyir. Lakin bu baş verməsə, o, 31 oktyabrda Britaniyanı Avropa İttifaqından bütün hallarda çıxaracaq.

Qanunvericilər cüzi çoxluqla belə bir sonucun əleyhinə səs veriblər. Britaniyada bu, “no deal Brexit” – yəni razılıqsız Brekzit adlanır.

Lakin Consonun verdiyi möhlətin bitməsinə bir neçə həftə qalmış qanunvericilərin vaxtı və imkanları məhduddur.

Britaniya qanunu təsbit edir ki, ölkə Avropa İttiqafındakı üzvlüyünə 31 oktyabrda son qoymalıdır. Bu möhlət yalnız mövcud hökumət tərəfindən dəyişilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG