Accessibility links

Britaniya qoşunlarının əksəriyyətini Əfqanıstandan çıxarıb


Birləşmiş Krallıq qoşunlarının əksr hissəsinin Əfqanıstanı tərk etdiyini bildirir. Baş nazir Boris Conson bu xəbəri cümə axşamı təsdiqləyərək, Əl-Qaidə tərəfindən gələn təhdidlərin azaldığını deyib.

"NATO-nun Əfqanıstandakı missiyasına təyin olunmuş bütün Britaniya əsgərləri indi evlərinə dönür" bildirən Baş Nazir "personalımızın çoxu artıq gedib" deyə əlavə edib.

O qoşunların geri çəkilməsindən sonra Əfqanıstanın Taliban tərəfindən yenidən ələ keçirilmə təhlükəsi ilə üzləşib-üzləşməyəcəyi ilə bağlı suala cavab verməkdən yayınıb.

"Biz hadisələrin gedişatına təsir etmək qabiliyyətimiz barədə realist olmalıyıq. Əfqanıstan xalqının gələcəyini qurmasına kömək etmək üçün Əfqanıstan qonşuları da daxil olmaqla bir çox dünya dövlətinin səylərini birləşdirilməsi gərəkdir" deyə Conson bildirib. O həmçinin əlavə edib ki, "Lakin bizi Əfqanıstana getməyə məcbur edən təhlükə Britaniya və bir çox digər ölkələrin silahlı qüvvələrinin igidlik və fədakarlığı ilə azaldı".

Conson Britaniyanın Əfqanıstanda diplomatik yolla da olsa sülh əldə edilməsinə çalışmaqda davam edəcəyini təkrarlayıb.

"Biz çıxıb getmirik. Biz səfirliyimizi Kabildə saxlayırıq. Və müttəfiqlərimizlə, xüsusən də Pakistandakı dostlarımızla həll yolu üzərində çalışmağa davam edəcəyik" deyə o bildirib.

20 illdir davam edən prosses zamanı 457 Britaniya əsgəri Əfqanıstanda həyatını itirib.

Müdafiə Nazirliyi bildirir ki, qalan qoşunların geri çəkilməsinin “bir neçə ay ərzində” başa çatacağı gözlənilirdi.

ABŞ-ın isə 11 sentyabr tarixinə qədər qüvvələri Əfqanıstandan çıxarması gözlənilir.

XS
SM
MD
LG