Accessibility links

Britaniya rəsmi olaraq COVID-19 peyvəndinin tətbiqinə başladı


90 yaşlı Margaret Kenan Britaniyada Pfizer/ BioNtech şirkətlərinin COVID-19-a qarşı birgə hazırladığı peyvəndi alan ilk vətəndaşdır.
90 yaşlı Margaret Kenan Britaniyada Pfizer/ BioNtech şirkətlərinin COVID-19-a qarşı birgə hazırladığı peyvəndi alan ilk vətəndaşdır.

Britaniyada dekabrın 8-də ölkə üzrə COVID-19 xəstəliyinin səbəb olduğu virusa qarşı peyvənd kampaniyası çərçivəsində ilk vətəndaşa peyvənd vurulub.

Doxsan yaşlı qocalar evinin sakini Marqaret Kenana ABŞ-da qərargahlanan nəhəng əczaçılıq şirkəti Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən birgə hazırlanan iki dozalı peyvənddən birincisi vurulub.

Səhiyyə katibi Mark Hankok tərəfindən "V-Day” (Qələbə Günü) adlandırılan peyvənd kampaniyası hökumətin tibbi tənzimləyici agentliyin peyvəndi təcili olaraq təsdiqləməsindən təxminən bir həftə sonra başlayıb. Britaniya bununla Qərbin kütləvi peyvənd kampaniyasına başlamağa hazır olan ilk ölkəsi olub.

Peyvənd Pfizer şirkətinin son klinik sınaqdan sonra vaksinin 90%-dən çox təsirli olduğunu göstərdiyini elan etməsindən bir neçə həftə sonra təsdiqlənib.

Gələn həftə 91 yaşı tamam olacaq Kinan qocalar evlərinin minlərlə sakini və onlara xidmət göstərən personal, eləcə də Britaniyanın Milli Səhiyyə Xidmətinin işçiləri ilə birlikdə rəsmilər tərəfindən ilk peyvəndlərin vurulması üçün prioritet olaraq müəyyən edilən şəxslər arasındadır.

Britaniya bazar günü Pfizer şirkətindən aldığı 40 milyon dozadan peyvəndin ilk 800 min dozasını qəbul edib. Britaniya əhalisinin sayı 66 milyondan çoxdur. Peyvəndin çatdırılması onun super soyuq soyuducularda 70 dərəcə Selsidən aşağı temperaturda saxlanılması səbəbi ilə çətinləşir.

Dünyada və Avropada koronavirusun təsirinə ən çox məruz qalan ölkələrdən biri olan Britaniyada pandemiyanın başlamasından bəri 61 mindən çox ölüm halı qeydə alınıb.

Qlobal miqyasda isə 67,6 milyondan çox insan virusa yoluxub, 1,5 milyondan çox ölüm halı qeydə alınıb. Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ 14.9 milyon ümumi yoluxma və 283 700-dən çox ölüm halı ilə hər iki kateqoriyada dünyada birinci yerdədir.

XS
SM
MD
LG