Accessibility links

Britaniya rəsmiləri Trampı etdiyi retvitlərə görə tənqid edib [Video]


Britaniya rəsmiləri Trampı etdiyi retvitlərə görə tənqid edib
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Britaniya rəsmiləri Trampı etdiyi retvitlərə görə tənqid edib

“Əvvəlcə Britaniya” qrupu məhkum edilmiş cinayətkarların rəhbərliyi altında idarə edilən kiçik siyasi təsir gücünə malik ifrat sağçı qrup hesab olunur.

Çərşənbə gününün erkən saatlarında Donald Tramp öz Tvitter hesabından “Əvvəlcə Britaniya” qrup sədrinin müavini Jayda Fransen tərəfindən yerləşdirilən üç videonu retvitləyib. Videolardan ikisində zorakı hərəkət görünür, üçüncü videoda isə müqəddəs Məryəmin heykəli müsəlman bir insan tərəfindən dağıdılır.

Videoları təsdiqləmək mümkün olmayıb. Lakin, bildirilənlərə görə bu videolardan ən az biri saxtadır. Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders prezident Trampın hərəkətini müdafiə edib.

Jaydan Fransen keçən il dini zəmində təcavüz ittihamları ilə həbs edilmişdi. Qrupun digər liderləri də həmçinin həbsdə olublar.

“Əvvəlcə Britaniya qrupu ifrat sağın uğursuzluğundan yaranan və daha ciddi strukturlaşdırılmış siyasi hərəkatdır. Bu hazırda bizim qərb dünyasında şahidi olduğumuz ksenofobiya və ifrat sağın qanuniləşməsidir. Düşünürəm ki, bu da təkcə Trampla bağlı deyil, ümumilikdə qərb fenomeninə çevrilib." - deyə, Lon Universitetindən olan Andrea Mammone bildirib.

İngiltərə Baş nazirinin ofisi ABŞ prezidentin hərəkətlərini "səhv" adlandırıb. Kanterbury baş yepiskopu isə hadisəni "dərindən narahat edən" hadisə kimi qiymətləndirib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı tənqidlərə cavab verərək, İngiltərə baş naziri Mey-ə tvit yazıb.

İngiltərə Parlamentinin bir neçə müxalifət millət vəkili Trumpın gələn il Britaniyaya planlaşdırılan səfərinin ləğv edilməsinə çağırıb. Hökumət isə səfər planlarının davam etdirildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG