Accessibility links

Britaniyada Rusiyaya cavab vermək çağırışları güclənir


Britaniyada məskunlaşmış sabiq rus casusu və qızının hospitalda zəhərləndikdən sonra hospitalda həyatları üçün çarpışdıqları bir məqamda hökumətə Kremlə “lazımi cavab” vermək istiqamətində təzyiqlər artır. Britaniya müdafiə naziri Rusiyaya qarşı sərt ölçülər götürməyə çağırış edənlərin sırasına qatılan son rəsmilərdəndir.

Qavin Vilymasonun verdiyi bəyanat 21 adamın mümkün əsəb qazı hücumu nəticəsində müalicə olunduöu vaxta təsadüf edir. Rəsmilər martın 4-də Sergey Skrupaıəın və onun 33 yaşlı qızı Yuliyanın kimyəvi terror hücumuna məruz qalmasından şübhələnir. Skripal vaxtikən britaniyanın Mİ6 kəşfiyyat agentliyi ilə əməkdaşlıq edib.

Rusiya öz gücünü nümayiş etdirir və biz imkan verə bilmərik ki, hansısa bir dövlət bizimlə bu cür rəftar etsin.

Hazırda xəstəxanada yerləşdirilmiş ata və qızıln durumları kritikdir. Salisbury şəhərində ticarət mağazının qarşısındakı skamyada huşsuz vəziyyətdə tapıldıqdan sonra onların indi komada olduğu deyilir.

“Rusiya öz gücünü nümayiş etdirir və biz imkan verə bilmərik ki, hansısa bir dövlət bizimlə bu cür rəftar etsin,” Vilyamson bəyan edib.

Lakin Baş Nazir Tereza Meyin kabinetindəki bəzi rəsmilərin baş verənlərə reaksiyası daha ehtiyatlı olub. Bəzi qanunvericilər Rusiyaya qarşı ölçü götürülməzdən öncə istintaqın başa çatmasını tövsiyə edirlər.

Bu arada Rusiya dövlət televiziyasında yayımlanan verilişlərdə “satqınların cəzalandırılması” barədə bəyanatlar səsləndirilir.

Vaxtikən Rusiya hərbi kəşfiyyatında çalışmış polkovnik Britaniya agenti kimi aşkarlandıqdan sonra həbsdən buraxılan Sergey Skripal casus mübadilələri zamanı Londona təhvil verilmişdi.
Vaxtikən Rusiya hərbi kəşfiyyatında çalışmış polkovnik Britaniya agenti kimi aşkarlandıqdan sonra həbsdən buraxılan Sergey Skripal casus mübadilələri zamanı Londona təhvil verilmişdi.

“Satqının peşəsi kimyəvi maddə daşıyan adamın peşəsindən qat-qt təhlükəlidir,” deyə tele-aparıcı Kirill Kleymenov bildirib. “Birinci peşni seçənlərin ömürlərinin sonunadək rahat və əmin-amanlıq içərisiundə yaşaması nadir hal olur.”

Bundan sonra Kleymenov “satqınlara” üzünü tutaraq onara Britaniyaya qaçmamağı tövsiyə edib.

Rusiyada yüksək rütbəli rəsmiəsrin korrupsiyasının ifşa etmiş Bill Brauder britaniyalı qanunvericilərə bildirib ki, 2006-cı ildə dissident və sabiq agent Aleksandr Litvinenkonun zəhərlənməsinə cavab verməməkləri Moskanı cürətləndirib. Onun sözlərinə görə, Skripalın zəhərlənməsi birinci növbədə Kremlin qəsdi kimi yozulmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG