Accessibility links

Britaniya Rusiyanın bir neçə milyarderini sanksiyalar siyahısına əlavə edib


Russiya oliqarxı, "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç
Russiya oliqarxı, "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç

Britaniya Premyer Liqada çıxış edən "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç və Moskvanın Ukrayna ilə sonuncu müharibəsinə son qoymağa çağıran sənayeçi Oleq Deripaska da daxil olmaqla, Rusiyanın bir neçə tanınmış milyarderini sanksiyalar siyahısına əlavə etdiyini bildirib.

Britaniya hökumətinin martın 10-da verdiyi bəyanatda deyilib ki, yeni siyahıya “Rosneft”in baş icraçı direktoru İqor Seçin, “VTB Bank“ın sədri Andrey Kostin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Transeft” boru kəməri şirkətinin sahibi Nikolay Tokarev və “Bank Rossia”nın sədri Dmitri Lebedev də daxildir.

Rusiyanın Ukraynaya səbəbsiz işğalına cavab olaraq atılan bu addım Britaniyanın siyahıda olan şəxslərin aktivlərini dondurması və onlara səyahət qadağası qoyması deməkdir. Yəni bu sanksiyalar onların Britaniyaya səfəri, həmçinin Britaniyada fiziki şəxslər və müəssisələrlə əməliyyatlarının qadağadır.

Russiya oliqarxı Oleq Deripaska
Russiya oliqarxı Oleq Deripaska

"Bugünkü sanksiyalar Britaniyanın Ukrayna xalqına sarsılmaz dəstəyinin son addımıdır. Biz dinc əhalinin öldürülməsinə, xəstəxanaların dağıdılmasına və suveren müttəfiqlərin qanunsuz işğalına şərait yaradanları amansızlıqla təqib edəcəyik" - deyə, Britaniyanın Baş naziri Boris Conson bildirib.

Rusiya fevralın 24-də Ukraynanı işğal edib. O vaxtdan bəri bir sıra qərb dövlətləri Moskvaya və Rusiya prezidenti Vladimir Putinə yaxın olan bir çox rusiyalı məmura və milyarderə qarşı sarsıdıcı sanksiyalar tətbiq edib.

Martın 7-də Deripaska sülhün "mümkün qədər tez" bərqərar olmalı olduğunu deyib və əlavə edib ki, "bu hadisələrdən sonra bütün dünya və Rusiya fərqli olacaq".

2003-cü ildən “Çelsi”nin sahibi olan 55 yaşlı Abramoviç bu ayın əvvəlində futbol klubunu satışa çıxarıb və əldə olunan pulu Ukraynadakı müharibənin qurbanlarına yardım üçün bağışlayacağını vəd edib.

XS
SM
MD
LG