Accessibility links

Britaniya mətbuatı: Rəsmi London Skripal və qızının ABŞ-da yerləşdirilməsini müzakirə edir


Britaniya Rusiyanın keçmiş casusu Sergey Skripal və onun qızı Yuliyanı gələcəkdə həyatlarına qəsddən qorumaq məqsədilə onlara yeni şəxsiyyət verilərək, Birləşmiş Ştatlarda yerləşdirilməsi məsələsini nəzərdən keçirir. Bu haqda Britaniyanın The Sunday Times qəzeti məlumat verib.

Məlumatda Britaniyanın MI16 kəşfiyyat agentliyinin Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) ilə keçən ay Salsburidə zəhərlənmiş Skripal və onun qızının yerləşdirilməsi məsələsini müzakirə etdiyi bildirilir.

Qəzet adının açıqlanmadığı mənbəyə istinadən bildirib ki, “onlara yeni şəxsi xarakteristikalar təklif ediləcək”.

Sergey Skripal 2006-cı Moskvada hərbi məhkəmə dinləmə zamanı
Sergey Skripal 2006-cı Moskvada hərbi məhkəmə dinləmə zamanı

Məlumatda deyilir ki, adlarının açıqlanmadığı mənbələr Britaniyanın onların Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Yeni Zelandiya kimi kəşfiyyat məlumatlarını bölüşdüyü beş ölkədən birinə yerləşdirilərək, təhlükəsizliklərini təmin etmək istədiyinə inanır.

“Onların köçürülməsi üçün aşkar yer Amerikadır, çünki burada onların öldürülməsi ehtimalı daha azdır və yeni şəxsiyyətlər altında onların müdafiəsi daha asandır”, qəzet danışıqlar prosesi ilə bağlı məlumatlı mənbəyə istinadən bildirib.

Yuliya Skripal (Facebook)
Yuliya Skripal (Facebook)

Britaniyanın Xarici İşlər nazirliyi hələlik məlumatla bağlı şərh verməyib.

Rusiya və Britaniya arasında münasibətlər martın 4-də Sergey Skripal və onun qızı Yuliyanın Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılmasından sonra son on illər ərzində ən aşağı səviyyəyə düşüb.

Onların köçürülməsi üçün aşkar yer Amerikadır, çünki burada onların öldürülməsi ehtimalı daha azdır və yeni şəxsiyyətlər altında onların müdafiəsi daha asandır
The Sunday Times

Britaniya onların zəhərlənməsində Rusiyanı günahlandıraraq, bunun qətlə cəhd olduğunu bildirib və Moskvadan izahat istəyib. Rusiya hadisə ilə hər hansı əlaqəsi olduğunu inkar edib və Britaniyanın Rusiya əleyhinə əhval-ruhiyyəni qızışdırmaq məqsədilə hücumu özünün törətdiyini bildirib.

Hücum Avropa və Birləşmiş Ştatların Britaniya ilə həmrəylik nümayiş etdirdiyi şəraitdə Qərb ölkələrindən böyük sayda rus diplomatının çıxarılmasına səbəb olub.

Moskva buna cavab olaraq eyni addımı atıb.

Skripal keşmiş Rusiya agentidir. O, 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf edib.

Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu ildə ABŞ-la aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.

XS
SM
MD
LG