Accessibility links

23 rus diplomat bu gün Britaniyanı tərk edir


Rusiya mediası bildirir ki, Britaniya 23 rus diplomatının ölkəni bü gün tərk etmələrinə dair göstəriş verib.

Çərşənbə axşamı Londonda Rusiya səfirliyi önündə yük maşınları görülüb.
Rusiya bu addıma cavab olaraq 23 britaniyalı diplomatı ölkədən çıxarır. Onların növbəti günlər ərazində Moskvanı tərk edəcəkləri gözlənilir.

Rusiya bu ayın əvvəli Britaniyanın Salisburi şəhərində keçmiş casus Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində əli olduğunu inkar edir. Skripal və qızının vəziyyəti hələ hə kritik olaraq qalır.

Britaniya zəhərlənməyə görə Rusiyanı ittiham edir. Qərb qüdrətləri bunu Rusiyanın xarici ölkələrə getdikcə artan aqressiv müdaxiləsinin nümunəsi kimi qiymətləndirir.

XS
SM
MD
LG