Accessibility links

Britaniya keçmiş casusun zəhərlənməsinə görə Rusiyanı hədələyib [Video]


Britaniya keçmiş casusun zəhərlənməsinə görə Rusiyanı hədələyib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Britaniya keçmiş casusun zəhərlənməsinə görə Rusiyanı hədələyib

Sabiq Rusiya casusu Sergey Skripal dövlət sirlərini İngiltərəyə ötürmək iittihamları ilə həbs olunmuşdu. Sergey 2006-cı ildə baş tutan məhkəməsində 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf etdikdən sonra 13 illik həbsə məhkum edilmişdi.

Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu ildə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.

Ötən bazar günü o və qızı Yuliya İngiltərənin cənubunda yerləşən Salisbury şəhərindəki parkda yıxılmış vəziyyətdə tapılıb.

((NARRATOR))

Terrorla mübarizə polisi Skripal və qızının getdiyi əraziləri möhürləyək, istintaq başladıb.

İstintaqçılar kişi ilə qadının təhlükəsizlik kamerası vasitəsilə yaxından çəkilmiş videosunu diqqətlə araşdırır.

Britaniya höküməti hadisə ilə bağlı bütün ehtimalları mümkün hesab edir. Ancaq Britaniyanın xarici işlər naziri Boris Conson Rusiyanın iştirakı ilə bağlı xəbərdarlığını təqdim edib.

“Əgər bu işdə dövlətin məsuliyyətisübuta yetirilsə, o zaman kraliçanın höküməti buna müvafiq və sərt bir şəkildə cavab verəcəkdir." - deyə, Boris Conson bildirib.

2006-cı ildə keçmiş casus Aleksandr Litvinenkonun öldürülməsi ciddi əks-səda doğurmuşdu. O Londondakı bir restoranda rus agentləri ilə görüşü zamanı radioaktiv polonyum qatılmış çay içdiyi üçün zəhərlənmişdi. İngilis araşdırmasının nəticəsinə görə, Litvinenkonun sui-qəsdi Rusiyanın prezidenti Vladimir Putin tərəfindən sifariş verilib.

“2006-cı ildə Aleksandr Litvinenkonun sui-qəsdi Avropa üçün Putin Rusiyasının necə hiyləgər bir dövlət olduğuna dair düşüncəni gücləndirən fakt oldu.” - deyə, təhliçi Endryu Foksal bildirib.

Foksalın sözlərinə görə, Britaniya hər hansı diplomatik sanksiyaların həyata keçirilməsi üçün Avropa və ABŞ müttəfiqləri ilə birlikdə işləməlidir. Ancaq Britaniyanın özünün də ata biləcəyi addımlar var.

“Putinin Londona sərmayə yatıran, burada evləri, ailələri olan, uşaqları burada məktəbə gedən xeyli sayda müttəfiqi və dostu var. Yəni, Böyük Britaniyanın prezident Putinə vacib mesaj göndərə biləcəyi birtəfərli üstünlüklərə sahibdirlər." - deyə, Foksal əlavə edib.

Rusiya sui-qəsd hadisəsində iştirakını təkzib edib və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Müstəntiqlər hücumda hansı maddədən istifadə edildiyini müəyyən etməyə çalışır.

XS
SM
MD
LG