Accessibility links

Britaniya səfiri Azərbaycanda ərazinin zibildən təmizlənməsində iştirak edib


Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp “Mənim gözəlləşən kəndim” adlı ekoloji aksiyada ərazinin zibillərdən təmizlənməsində iştirak edib.

Təşəbbüs Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin və YUVA Humanitar Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Danışın, Qızlar" adlı layihənin bir hissəsidir. Layihənin əsas məqsədi gənc qadın və qızların səlahiyətlərin genişləndirilməsi və cəmiyyətdə gender və qadın hüquqları ilə bağlı ictimai qavrayış və anlayışın dəyişməsidir.

“Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp və səfirliyin əməkdaşları aksiya iştirakçılarına dəstək olmaq üçün gəldilər və bu rayonun ərazilərinin təmizlənməsində fəal iştirak etdilər,” YUVA Humanitar Təşkilatının məlumatında deyilir.

“Qız və qadınların səlahiyyətləndirilməsi və gücləndirilməsi, potensiallarının reallaşdırılması, cəmiyyətimiz üçün aktual bir məsələdir. Onların sosial və peşə inkişafı üçün əlverişli şərait yaratmalıyıq və onları ictimai əhəmiyyətli sosial problemlərin həllinə yönəltməliyik,” YUVA Humanitar Mərkəzinin sədri Pərvanə Məmmədova deyib.

Aksiya nəticəsində təqribən bir hektar ərazi zibildən təmizlənib.

“YUVA” Humanitar Mərkəzi 1997-ci ildə yaradılan qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.

XS
SM
MD
LG