Accessibility links

Britaniya seçkilərinin nəticələri siyasi qeyri-müəyyənliyə səbəb olub


Konservativlərin lideri, baş nazir Tereza Mey (solda) və leyboristlərin lideri Ceremi Korbin.
Konservativlərin lideri, baş nazir Tereza Mey (solda) və leyboristlərin lideri Ceremi Korbin.

Cümə axşamı keçirilən Britiyaniya parlamentinin aşağı palatasına seçkilərin nəticələri ölkədəki siyasi vəziyyətin qeyri-müəyyənləşməsinə səbəb olub. Ana müxalifət olan leyboristlərin ölkə üzrə uğurlu nəticələri konservativlərin İcmalar Palatasındakı mütləq əksəriyyətinin itirmələrinə gətirib çıxartdı. Bildirilir ki, leyboristlərin bu uğurunun əsas səbəbkarları seçkidə fəal iştirak etmiş gənclər olub.

Xatırladaq ki, 650 nəfərlik İcmalar Palatasında mütləq üstünlüyə sahib olmaq üçün 326 yer qazanmaq tələb olunur. Nəticələr elan edildikdən sonra konservativlərin təkbaşına hökümət formalaşdırmaları mümkün olmayacağı aydın oldu. Seçkilərin son nəticələrinə görə, konservativlər bu seçkilərdə cəmi 318 yer qazana biliblər.

Səhər saatlarında məlum oldu ki, konservativlər Demokratik Yunionist Partiyası ilə razılıq əldə ediblər. Konservativlərin seçkilərdə 10 yer qazanmış yunionistlərlərlə koalisiyası parlamentdə mütləq üstünlüyə sahib olacaq və yeni hökümət formalaşdıra biləcək.

Buna baxmayaraq, leybotist və digər partiyaların liderləri, hətta bəzi konservativlər baş nazir Tereza Meyi istefa verməyə çağırıblar. Leyboristlərin lideri Ceremi Korbin isə öz növbəsində ölkəyə “xidmət etməyə” hazır olduğunu bildirib.

Baş nazir Tereza Meyin parlament üstünlüyünü möhkəmləndirmək cəhdinin uğursuzluğa düçar olması onun yeni höküməti idarə etmək qabiliyyəti ilə bağlı şübhələrin yaranmasına səbəb olub. Mey istefa verəcəyi halda leyboristlər üçün yeni hökümət formalaşdırmalarına yol açılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG