Accessibility links

Britaniya Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib


Britaniya bazar ertəsi Suriya diktatorunun yaxın müttəfiqlərinin aktivlərinin dondurulması və səyahət qadağası da daxil olmaqla, Bəşər Əl-Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq etdiyini bildirib.

Bu açıqlama Suriya qiyamının 10-cu ildönümündə verilib. Sanksiyalar tətbiq olunan altı şəxs arasında Suriyanın Xarici İşlər Naziri Feysəl Miqdad, prezidentin müşaviri Luna Əl-Şibl və Britaniyanın mülki şəxslərə qarşı zorakılıqlara görə məsuliyyət daşıdığını dediyi iki hərbi general var.

Xarici İşlər Nazirliyinin bəyanatında 2 tanınmış iş adamına qarşı da sanksiyalar tətbiq edilib. Onlardan biri Əsəd və onun xanımı Əsma tərəfindən şəxsi mülkiyyət kimi idarə olunan Suriya iqtisadiyyatının “öndəri" olan Yəssar İnrahimdir. Suriya xalqı isə aclıq içərisindədir.

Britaniyanın Xarici İşlər Naziri Dominik Raab Əsəd rejimini “dinc islahatlar tələb edən Suriya xalqını on ildir vəhşiliyə məruz qoymaqda” ittiham edib.

"Bu gün biz rejimin daha altı fərdini qorumalı olduqları vətəndaşlara qarşı həyata keçirdikləri kütləvi hücumlarına görə cavabdeh tuturuq" - deyə, Raab bildirib.

Sanksiyalar Brexitdən sonra Britaniyanın yeni muxtar sanksiya rejimi çərçivəsində Suriya rəhbərliyinə qarşı ilk qərarıdır.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG