Accessibility links

Britaniyada terror təhlükəsinin səviyyəsi ağırdan kəskinə qaldırılıb


Britaniyada terror təhlükəsinin səviyyəsi son on ildə ilk dəfə ağırdan kəskinə qaldırılıb.

Britaniyanın baş naziri Tereza Mey qərarın bazar ertəsi hücumundan sonra Terror Araşdırmaları Mərkəzi ilə bərabər verildiyini deyib.

Polis Bukingem sarayı və baş nazirin iqamətganı yerləşən Douninq küçəsi də daxil edilməklə, bütün mühüm məkanlara əlavə polis qüvvələri yerləşdirilib.

Bazar ertəsi hücumunun liviyalı valideynlərdən doğulmuş 22 yaşlı britaniyalı Salman Abedinin həyata keçirdiyinə inanılır.

Hadisə Britaniyanın ümummilli seçkilərindən iki həftə öncə baş verib.

Hücumun məsuliyyətini İŞİD üzərinə götürüb.

Mançester şəhərində amerikalı pop ulduz Ariana Qrandenin konsertində bomba hücumu nəticəsində 22 nəfər həyatını itirib, onlarla adam yaralanıb.

Partlayış zamanı ölənlərin əksəriyyəti uşaqlar və yeniyetmə gənclərdir.

XS
SM
MD
LG