Accessibility links

Britaniya Donald Trampın telefon söhbətlərinin dinlənilməsindəki iştirakını gülünc adlandırıb


Britaniya Donald Trampın telefon söhbətlərinin dinlənilməsindəki iştirakını rədd edərək, bunu gülünc adlandırıb.

Britaniyanın baş naziri Tereza Meyin sözçüsü bildirib ki, iki ölkə arasında imzalanan razılığa əsasən Britaniyanın kəşfiyyat agentliyinin Amerika vətəndaşlarına qarşı casusluğunun qeyri-mümkünlüyünü önə çəkib.

"Biz administrasiyaya bununla bağlı iddiaların bir daha təkrar edilməməsini istəmişik"- deyə, sözçü bildirib.

Ağ Evin daha sonra verdiyi bəyanatada deyilib ki, Britaniya səfəri Kim Dorroç və diplomat Mark Layall Spayserə narahatlıqlarını çatdırıb. Sənəddə Spayserin hər hansısa müəyyən xəbərə deyil, ümumi xəbərlərə əsaslandığını bildirilir.

Biz administrasiyaya bununla bağlı iddiaların bir daha təkrar edilməməsini istəmişik

ABŞ prezidenti Donald Tramp sabiq prezident Barak Obamanın da onun Nyu-Yorkdakı baş qərargahında noyabr seçkilərindən əvvəl telefon söhbətlərini izləməsinə dair sübutlar açıqlayacağını bəyan edib.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi bildirib ki, Trampın iddiaları əsassızdır. Lakin prezidenti Fox News-a müsahibəsi zamanı administrasiyasının komitəyə əsaslı dəlillər təqdim edəcəyini deyib.

"Gələn iki həftə ərzində maraqlı faktlarla üzləşəcəksiniz" - deyə, Trump bildirib.

Konqresin həm demokrat, həm də respublikaçı liderləri Obamanın Tramp qülləsində telefonları dinləməsinə dair heç bir əsasın olmadığını deyib.

XS
SM
MD
LG