Accessibility links

Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlandığı deyilir


Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb.

Bu barədə Azərbaycan Milli Hematologiya və Transfuziologiya Mərkəzi bildirib.

Məlumata görə Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə "Sars Cov-2" genom analizləri edilir, şübhəli variantlar təqib olunur.

Açıqlamaya görə, Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.

“Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir”, mərkəzdən bildirilib.

Bu virus əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Böyük Britaniyanın Milli Statistika Xidməti açıqlayıb ki, yeni ştammda iybilmə qabiliyyətinin itirilməsi "Çin" variantına nisbətən özünü daha zəif büruzə verir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi ümumilikdə 242491 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 307 nəfərin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 462 mindən çox insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG