Accessibility links

Britaniyada bütün məktəblər açılıb, İtaliya 65 yaşdan yuxarı insanlar üçün AstraZeneca peyvəndini təsdiqləyib


Britaniyada bazar ertəsi bütün məktəblər açılıb. Bu, oktyabr ayından bəri ölkədə koronavirusdan ölüm hallarının ən aşağı səviyyədə olduğu vaxt baş verib.

Bu arada, İtaliyanın Səhiyyə Nazirliyi bazar ertəsi günü əvvəlki mövqeyini dəyişdirərək, yaşı 65 və bundan yuxarı olan insanlar üçün COVID-19-a qarşı AstraZeneca peyvəndinin tətbiq edilməsini təsdiqləyib.

Peyvəndin Avropa dərman tənzimləmə qurumu tərəfindən tam təsdiqlənməsinə baxmayaraq, İtaliya hökuməti Almaniyada olduğu kimi bu yaş qrupunda vaksinin effektivliyinə dair "məhdud məlumatlar" səbəbindən 65 yaşdan yuxarı insanlara peyvəndin tətbiq edilməsindən imtina etmişdi. Almaniya bundan sonra peyvənddən istifadəsi ilə bağlı qərarını dəyişdirib.

İtaliyada qərarın dəyişdirilməsi ölkədə COVID-19 nəticəsində ölənlərin sayının pandemiyanın başlamasından bəri 100 000-ə yaxınlaşdğı bir vaxta təsadüf edir.

Bazar ertəsi Vyetnamda COVID-19-a qarşı peyvənd proqramına başlanılıb. İlk peyvəndlər ön cəbhədə səhiyyə işçilərinə vurulur.

Peyvənd və şpris çatışmazlığı səbəbindən Yaponiyanın COVID vaksinasiya proqramı ləng gedir. Üç həftə ərzində peyvənd 46,500-dən çox səhiyyə işçisinə vurulub. Bundan sonra növbədə yaşlı sakinlərdir.

Yaponiya peyvənd proqramını sürətləndirmək niyyətindədir. Reuters xəbər sgentliyinin bildirdiyinə görə, Baş Nazir Yoşihide Suqa iyul ayında keçiriləcək Yay Olimpiya Oyunları başlayana qədər ölkənin bütün əhalisinin peyvənd olunması üçün kifayət qədər vaksinin olacağına söz verib.

Avropa İttifaqı COVID-ə qarşı Sputnik-V peyvəndi hələ tam təsdiq olunmadığı üçün bu peyvənddən istifadə etməməyi tövsiyə etsə də, üzv ölkələrdən bəziləri Rusiyanın peyvəndini almağa qərar verib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar ertəsi səhər dünya boyu koronavirusa yoluxanların sayının 17 milyon olduğunu bildirib.

Təqribən 30 milyon olmaqla, ABŞ yoluxma hallarına görə dünyada birinci yerdədir. Ondan sonra 11,2 milyonla Hindistan və yoluxma hallarının sayının 11 milyon olduğu Braziliya gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG