Accessibility links

Britaniyada üç adamın DNK-nı daşıyan uşaqların dünyaya gəlməsinə icazə verilir


Britaniya qanunvericiləri üç adamın DNK-nı daşıyan uşaqların dünyaya gəlməsinə icazə verilməsi istiqamətində ilk addım atıb. Parlamentin İcmalar Palatası 382 lehinə 128 səs əleyhinə səs verməklə iki qadın və bir kişinin DNK-dan istifadə edilməklə mayalanma üsuluna icazə verib.

Britaniya beləliklə riskli qrupa daxil olan qadınların ölümcül xəstəlikləri övladlarına keçirməsinin qarşısını alan bu prosedura icazə verən ilk ölkə olacaq. Buraya ciddi ürək və beyin xəstəlikləri, eləcə də əzələ distrofiyası kimi xəstəliklər daxildir. Lakin tənqidçilər bunun ciddi etik problemlə yarada biləcəyini bildirir.

Qanunun gələn il qüvvəyə minməsi üçün Britaniya parlamentinin Lordlar Palatası onu təsdiq etməlidir.

Dünya üzrə müalicəsi olmayan mitoxondriya xəstəliklərindən 6 min 500-dən çox uşaq əziyyət çəkir. Genetik modofikasiyalar yolu ilə bu xəstəliklərinin qarşısının alınması mümkündür.

XS
SM
MD
LG